Yeni Azərbaycan Partiyasının nümayəndələri Türkiyəyə səfər ediblər

Bakı, 10 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov Türkiyənin xarici işlər naziri Hakan Fidanın dəvəti ilə qardaş ölkəyə səfər ediblər.
Bu barədə AZƏRTAC-a YAP-dan məlumat verilib.
Bildirilib ki, YAP nümayəndələri Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan IV Antalya Diplomatiya Forumunda iştirak edəcəklər.
Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [19:44]
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
- 17.04.2025 [16:34]