Energetika naziri: Cənub Qaz Dəhlizi Azərbaycan qazının regional və beynəlxalq bazarlara fasiləsiz axınını təmin edir

22.02.2022 [16:50]
Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin sədrliyi ilə keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VI Sammitində Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib ...

Ötən il istehlakçılara satılan elektrik enerjisi üzrə ümumi yığım səviyyəsi 96,5 faizə çatdırılıb

22.02.2022 [16:38]
Respublika ərazisində istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün 2021-ci ildə “Azərişıq” ASC tərəfindən müvafiq işlər yerinə yetirilib. AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar ...

Pərviz Şahbazov: Hazırda gündəlik qaz ixracımızın böyük hissəsi Avropa bazarının payına düşür

21.02.2022 [19:29]
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qətərin paytaxtı Doha şəhərində keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum-GECF) Nazirlərinin iclasında iştirak edib. Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir çıxışında qlobal qaz sektorundakı mövcud qeyri-sabitliyi ...

“Nebras Power” şirkəti Laçın və Kəlbəcərdə külək elektrik stansiyalarının tikintisi üzrə əməkdaşlıqda maraqlıdır

21.02.2022 [16:36]
Azərbaycan və “Nebras Power” şirkəti arasında qoyuluş gücü 550 MVt-dək olan qaz-turbin, eləcə də Laçın və Kəlbəcər rayonları ərazisində 100 MVt-lıq gücdə külək elektrik stansiyalarının (KES) tikintisi layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. AZƏRTAC xəbər ...

Energetika naziri Dohada bir sıra görüşlər keçirib

21.02.2022 [15:19]
Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (GECF) tədbirləri çərçivəsində Dohada bir sıra görüşlər keçirib. Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, GECF-in Baş katibi Məhəmməd Hamel ilə görüşdə qlobal qaz bazarındakı hazırkı tendensiyalar, Azərbaycan və GECF arasında ...

Ötən ay ölkədə elektrik enerjisi istehsalı artıb

21.02.2022 [12:08]
Cari ilin yanvar ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 556,6 milyon kVt/saat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 188,2 milyon kVt/saat, yaxud 7,9 faiz artması deməkdir. Energetika Nazirliyindən ...

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun 6-cı Sammitində iştirak edəcək

21.02.2022 [10:21]
Energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə dövlət naziri Saad Şerida al-Kaabinin dəvəti ilə Qətər Dövlətinə səfər edib. Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir cari ilin 21-22 fevral tarixlərində Doha şəhərində keçiriləcək Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Nazirlər İclasında ...

Ötən il ərzində bir sıra elektrik stansiyalarında təmir işləri aparılıb

20.02.2022 [01:06]
“Azərenerji” ASC üzrə ötən il ərzində “Azərbaycan” İES, “Cənub” ES, “Sumqayıt” ES, “Şimal” ES, “Bakı” İEM-də cari təmir işləri aparılmış, texniki baxışlar keçirilmiş, əsas və köməkçi avadanlıqlarda əmələ gəlmiş qüsurlar aradan qaldırılıb. “Azərbaycan” İES-in 1, 2, 4 və 8 saylı (uzadılmış) ...

Energetika naziri Pərviz Şahbazov Münhen Təhlükəsizlik Konfransında iştirak edib

19.02.2022 [19:47]
Energetika naziri Pərviz Şahbazov 58-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edib. Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, konfrans çərçivəsində nazir Pərviz Şahbazov Qafqaz dövlətləri, ATƏT və Avropa ölkələri ...

Ötən il respublikada ümumi elektrik enerjisi istehsalı 7,9 faiz artıb

19.02.2022 [16:05]
Ötən il respublikada ümumi elektrik enerjisi istehsalı 27855,7 milyon kVt/saat olub və 2020-ci illə (25 811,2 milyon kVt/saat) müqayisədə 2044,5 milyon kVt/saat (7,9 faiz) artıb. 2021-ci ildə respublikada ümumi elektrik enerjisinin istehlakı 23435,6 milyon kVt/saat olub və 2020-ci illə (21969,9 milyon kVt/saat) müqayisədə 1465,7 milyon kVt/saat (6,7 faiz) artıb ...

İşğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” layihələrinə üstünlük verilir

19.02.2022 [14:33]
Ötən il işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası” yaradılmasına dair ölkə Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Yaponiyanın “TEPSCO” şirkəti cəlb edilməklə “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası” Konsepsiya sənədi hazırlanaraq Hökumətə təqdim olunub ...

Jurnalistlər üçün Ağdam və Suqovuşan yarımstansiyalarına mediatur təşkil olunub

16.02.2022 [18:38]
Fevralın 15-də ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin Ağdam və Suqovuşana media-turu təşkil olunub AZƏRTAC xəbər verir ki, jurnalistlər Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarında, “Qarabağ” Rəqəmsal İdarəetmə Mərkəzində, eləcə də Tərtər rayonunun Suqovuşan ...

Teymur Abdullayev: Zəngəzur dəhlizi ilə Türkiyədən Avropaya elektrik enerjisi ixrac ediləcək

15.02.2022 [19:56]
Kəlbəcərdə beş yerdə kiçik su elektrik stansiyasının yenidən qurulması məsələsi gündəmdədir. AZƏRTAC xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev jurnalistlərə açıqlamasında deyib ...

“Azərenerji”: Qarabağ və Şərqi Zəngəzurun dairəvi elektrik təchizat sxemi yaradılacaq

15.02.2022 [19:33]
Ağdam rayonundan əlavə Laçın rayonunda yeni 110/35/10 kilovoltluq yarımstansiya tikiləcək. AZƏRTAC xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Kəlbəcərdən Laçına 110 kilovoltluq yeni xətt çəkiləcək ...

Azərbaycanla Pakistan arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

15.02.2022 [19:27]
Energetika naziri Pərviz Şahbazov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki dost ölkə arasında əməkdaşlığın inkişafına, tərəfdaşlıq sahələrinin genişləndirilməsinə xüsusi önəm verildiyi ifadə edilib ...

Yanvarda 5 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib

15.02.2022 [19:21]
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən yanvarda yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizatı sxemini dəyişən 5 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib ...

Qarabağda 30 kiçik su elektrik stansiyası tikiləcək

15.02.2022 [18:34]
Tezliklə işğaldan azad olunmuş ərazilərdə “Azərenerji” ASC tərəfindən 5 kiçik su elektrik stansiyasının tikintisi nəzərdə tutulub. AZƏRTAC xəbər verir ki, bu barədə “Mingəçevir Su Elektrik Stansiyası” MMC-nin direktoru Oktay Piriverdiyev jurnalistlərə açıqlamasında deyib ...

Deputat: Enerji sahəsində dayanıqlı inkişafın təmini və ixracın genişləndirilməsi prosesi davamlı xarakter daşıyır

13.02.2022 [13:24]
Prezident İlham Əliyevin təşəbbüsü ilə digər sahələrdə olduğu kimi, ölkənin enerji təminatının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür, elektrik enerjisi sahəsində infrastrukturun təkmilləşdirilməsi istiqamətində layihələr uğurla icra edilir ...

Enerji Məsələlərini Tənzimləmə Agentliyi yanvarda Texniki Şuralara müraciətlərin sayını açıqlayıb

13.02.2022 [13:01]
Yanvarda sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Texniki Şuralarına 247 müraciət daxil olub. Agentlikdən AZƏRTAC-a bildirilib ki, bütün müraciətlər araşdırılıb və cavablandırılıb ...