31 MART SOYQIRIMI XALQIMIZIN QAN YADDAŞINDAN SİLİNMƏYƏCƏKDİR
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilmişdir.
Əvvəlcə iştirakçılar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə çıxış edənlər yağı düşmənin torpaqlarımızda törətdiyi qanlı cinayətlərdən bəhs etmişlər. Diqqətə çatdırılmışdır ki, erməni daşnakları tərəfindən 1918-ci ildə Bakıda, eləcə də digər ayrı-ayrı şəhər və rayonlarımızda minlərlə azərbaycanlı qanına qəltan edilmişdir. Bu dəhşətli soyqırımı xalqımızın qan yaddaşından heç zaman silinməyəcəkdir.
Natiqlər erməni millətçilərinin bu gün də çirkin məqsədlərlə torpaqlarımızda günahsız insanların qanını axıtdıqlarını qeyd edərək, bu barədə dünya xalqlarına daha geniş informasiyalar verilməsinin vacibliyini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]