ADAU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan spartakiada keçirilir
Gəncə, 7 aprel, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən spartakiada start götürüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, spartakiada çərçivəsində ali təhsil müəssisəsinin əməkdaşları arasında voleybol, şahmat, dama, nərd, stolüstü tenis və futzal oyunları keçiriləcək.
İlk oyun voleybol üzrə keçirilib.
Sonda spartakiadanın qalibi olan komandalar mükafatlandırılacaq.
Spartakiadaya aprelin 19-da yekun vurulacaq.