Ağ ev: G7 Ukrayna üçün təhlükəsizlik zəmanətini bu gün elan edəcək
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də NATO-nun sammiti başa çatdıqdan sonra Yeddilər qrupu (G7) ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətini elan edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının Avropa üzrə böyük direktoru Amanda Sloat jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
“ABŞ Prezidenti Cozef Bayden və G7 liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə mühüm bəyanatla çıxış edəcəklər... ABŞ Yeddilər qrupunun digər liderləri ilə birgə ordu qurmaq və gələcək hücumlardan qorunmaq üçün Ukraynaya yardım niyyətlərini bildirəcək”, - deyə Amanda Sloat söyləyib. Onun sözlərinə görə, təqdim olunan bəyannamədə Ukraynanın tərəfdaşları və Kiyev arasında uzunvədəli təhlükəsizlik zəmanətinə yönələn danışıqlar üçün müddəalar yer alıb.
“Bəyannamə Moskvaya zamanın onun xeyrinə işləmədiyinə dair aşkar siqnal olacaq”, - deyə Amanda Sloat əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]