İQTİSADİYYAT
“Ağcabədi” elektrik təsərrüfatında təmir-bərpa işləri davam etdirilir
Bakı, 26 sentyabr (AZƏRTAC). “Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Ağcabədi” elektrik təsərrüfatında yenidənqurma və təmir-bərpa işləri davam etdirilir. Elektrik enerjisi ilə təminatda dayanıqlığın təmin olunması məqsədilə yarımstansiyalarda, elektrik verilişi xətlərində və transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri həyata keçirilir. Eyni zamanda elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülür.
Bu ilin avqust ayında müəssisə üzrə 28,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə ümümi istehlak, təxminən 2,2 milyon kilovat-saat, daimi əhali istehlakçılar qrupunda isə 443 min kilovat-saat artıb. Ümumi ödənişdə 5 faizdən və 9 faizdən çox artım qeydə alınıb. Ötən 8 ayda isə 204,4 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak olunub.