Almaniya nəşri Azərbaycanda ağacəkmə aksiyasından yazıb
Berlin, 7 dekabr, AZƏRTAC
Almaniyada çıxan “Berliner Press” nəşrində AZƏRTAC-a istinadla dekabrın 6-da Azərbaycanda 650 min ağacın əkilməsi üzrə aksiyanın keçirilməsi barədə yazı dərc edilib. Yazıda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aksiyada iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, yazıda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş aksiyanın mahiyyətindən danışılır.
Yazıda xüsusi vurğulanır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilmiş bu aksiya təkcə Azərbaycanda deyil, bütün dünyada böyük əks-səda doğurub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]