Amerika Universitetinin tələbələrinə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan danışılıb
Bakı, 5 aprel, AZƏRTAC
Amerika Universitetinin Türk Mədəniyyəti Klubunun (TCCAU) dəvəti əsasında klubun “Səfirlər bloku seriyası”nın ilk tədbirində Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimi çıxış edib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsinin əsas məqsədi Azərbaycanın tarixi, əldə etdiyi nailiyyətlər və gələcək planları ilə bağlı iştirakçıları maarifləndirməklə yanaşı, ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər, o cümlədən ölkəmizin regional və qlobal səviyyəli məsələlərdəki rolu ətrafında müzakirələrin aparılmasından ibarət olub.
Tədbir adıçəkilən klubun təsisçisi və prezidenti Nural Əliyevin giriş nitqi ilə başlayıb.
Daha sonra səfir Xəzər İbrahim çıxışı edərək Azərbaycanın enerji və bağlantılar sahələrində hazırda apardığı siyasət, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, qlobal iqlim dəyişikliyindən irəli gələn çağırışlar fonunda alternativ enerji mənbələrinə keçid istiqamətində gördüyü işlər və təşəbbüskarı olduğu regional layihələr danışıb. Həmçinin Şərqlə Qərb arasında tranzit ölkəyə çevrilməsi istiqamətində həyata keçirilmiş əlverişli infrastruktur layihələri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində aparılan işlər barədə iştirakçıları məlumatlandırıb, qeyd edilən məsələlər ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.