ATƏT POLİS MƏKTƏBİNİN ƏSASLI TƏMİRİNİ MALİYYƏLƏŞDİRMİŞDİR
ATƏT-in Bakı ofisindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, respublikamızın paytaxtındakı orta və kiçik rəis heyəti hazırlayan Polis Məktəbinin binasında əsaslı təmir və yenidənqurma işləri başa çatmışdır. Bu, ATƏT-in Azərbaycan üçün nəzərdə tutduğu “Polisə Yardım Proqramı” çərçivəsində həyata keçirilmişdir. Proqram Azərbaycan hökuməti, ATƏT-in strateji polis məsələləri bölümü və Bakı ofisi tərəfindən birgə hazırlanmışdır.
Açılış mərasimində daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov, ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Piter Burhard iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]