Aviaşirkətlər Hitrou hava limanını məhkəməyə verə bilər
London, 25 mart, AZƏRTAC
“British Airways” və “Virgin Atlantic” kimi 90-dan çox aviaşirkəti təmsil edən qurum martın 21-də Londonun Hitrou hava limanının bir günlük bağlanması nəticəsində yaranan zərərlə bağlı razılıq əldə olunmasa, aeroportu məhkəməyə verə biləcəklərini bildirib.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, Hitrou Hava Yolları Operatorları Komitəsinin icraçı direktoru Naycel Vikinq məsələnin danışıqlar yolu ilə həllinə ümid edir:
“Əgər çəkilən xərclərlə bağlı yetərincə kompensasiya və geri ödəniş əldə etməsək, bu, hüquqi addım atmaq üçün əsas ola bilər”, – deyə o, bildirib.
Xatırladaq ki, martın 21-də səhər saatlarında Avropanın ən böyük hava limanı olan Hitrou yaxınlığında yerləşən elektrik yarımstansiyasında baş verən yanğın nəticəsində enerji təchizatında ciddi fasilə yaranıb. Bu səbəbdən hava limanının fəaliyyəti tamamilə dayandırılıb. Təyyarələrin uçuşuna və enişinə icazə verilməyib. Təxminən 1300 reys ləğv olunub və 250 min sərnişin bu vəziyyətdən təsirlənib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]