Avropa çempionatı: Azərbaycanın iki boksçusu finala yüksəlib, biri bürünc medal qazanıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Çexiyanın Ostrava şəhərində boks üzrə keçirilən U-19 Avropa çempionatında yarımfinal döyüşlərinə start verilib. Mərhələnin ilk günündə Azərbaycan millisinin iki idmançısı finala yüksəlib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Banuçiçək Nəsirli (48 kiloqram) yarımfinalda Amelya Sulanı (İtaliya) məğlub edib – 5:0 (29:26, 29:27, 29:27, 30:25, 30:25). O, finalda Matilda Fraqnye (Fransa) ilə üz-üzə gələcək.
Bilalhəbaşi Nəzərov (50 kiloqram) isə Lonut Razvan Panainteni (Rumıniya) sınağa çəkib. Hər üç raundda rəqibinə qalib gələn boksçumuz yekunda 5:0 (30:27, 30:26, 30:25, 30:25, 30:26) hesabı ilə qələbə qazanıb. Nəzərov finalda Tommaso Orlando (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.
Digər boksçumuz Sübhan Babayev (60 kq) Luka Çxikvadze (Gürcüstan) ilə qarşılaşıb. Rəqib mərhələ adladığından təmsilçimiz bürünc medala yiyələnib.
Qeyd edək ki, yarımfinal mərhələsində bu gün daha 2 boksçumuz rinqə çıxacaq. Avropa çempionatında final döyüşləri isə oktyabrın 10-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]