Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa Parlamentinə seçkilər “makronizmin” iflasının təzahürünə çevrildi

Avropa Parlamentinə seçkilər “makronizmin” iflasının təzahürünə çevrildi

Budapeşt, 11 iyun, AZƏRTAC

İyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilər Fransanın hazırkı hakimiyyətində məyusluq yaradan nəticələr doğurdu. Marin Le Penin rəhbərlik etdiyi “Milli birlik” partiyası əvvəlki nəticələrini xeyli yaxşılaşdıra bildi və bu, həmin gün Milli Assambleyanın buraxıldığını və ölkədə iki turdan ibarət növbədənkənar parlament seçkilərinin (müvafiq olaraq, iyunun 30-da və iyulun 7-də) keçiriləcəyini elan edən hazırkı Prezident Emmanuel Makron üçün pis xəbər oldu.

Belə bir vəziyyətdə ilk ağla gələn Makronun 2017-ci il mayın 7-də - prezident seçkilərində birinci qalibiyyəti zamanı verdiyi vəd olur. Xatırlayırıq ki, o, həmin vaxt ifrat radikal siyasətçilərə səs verməməsi üçün seçicilərə heç bir tutarlı əsas verməyəcəyinə and içmişdi. İndi isə ekstremist baxışları ilə tanınan Le Penin partiyası ilə yanaşı, daha bir müxalif qüvvənin - “Respublikaçılar” partiyasının lideri Erik Syotti keçirilən seçkilərin nəticələrini “makronizmin” iflası kimi xarakterizə edib.

Bu, həqiqətən də çox simvolikdir! Həm də bu simvolizm daxili iqtisadiyyatdan və ölkədəki sosial “harmoniyadan” tutmuş seçdiyi xarici siyasətə qədər - Azərbaycanla heç bir rasional izahı və ya məqsədəuyğunluğu olmayan tamamilə mənasız qarşıdurma kursu götürmək üzrə özünün siyasi kursunun demək olar ki, bütün istiqamətlərində hazırkı Prezidentin fəaliyyətinin tam iflasını əks etdirir. Makron da başqa siyasətçilər kimi Zəfər Prezidenti, Müzəffər Sərkərdə, xalq tərəfindən sevilən liderlə (bunu fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri sübut edir) dostluğu inkişaf etdirmək əvəzinə... düşmənçiliyi seçdi. Yaxşı, bəs yekunda nəyə nail oldu? Onun ölkəsi az qala tamamilə dağılmış, hətta bu yaxınlarda layiqli zərbələr aldığı Azərbaycana qarşı revanşist xəyallarından belə əl çəkməyən Ermənistanı seçməklə nə qazana bilər? Məntiqlə düşünən ekspertlər və siyasətçilər bu seçimi başa düşə və izah edə bilməzlər!

Makron şahmat taxtası arxasında hər dəfə ən zəif fiqurları seçirdi. Bunun nəticəsi isə seçicilər arasında onun nüfuzunun aşağı düşməsi və erkən parlament seçkilərini elan etməsi oldu.

Bu, hələ ənənəvi olaraq Fransanın mövcud olmadığı Qafqaza aiddir. Bəs bir vaxtlar Fransa imperiyasına daxil olan və Azərbaycanın məşhur pilotsuz uçuş aparatının adı ilə mütənasib olaraq (“İtiqovan-red.) neokolonialistlərin qovulduğu Qərbi Afrika haqqında nə deyə bilərik? Yerli əhalinin müstəmləkəçiliyə qarşı ehtiraslarının artıq aylardır tüğyan etdiyi və aralarında çoxlarının öldürüldüyü Okeaniya haqqında nə demək olar?

Gözümüzün qarşısında “Makron” sözü (“Soros” kəlməsi kimi) xüsusi addan ümumi ismə çevrilib. Əgər “Soros” rəngli inqilablar və xaos deməkdirsə, “Makron” sözü fiasko ilə sinonimdir. Prezidentin özü çoxdandır lağ obyektinə çevrilib. Fransız xalqının çoxdan belə rüsvayçı lideri olmayıb, baxmayaraq ki, bu xalq həqiqətən də mötəbər liderlərə layiqdir və keçmişdə də belə olub.

Hətta Makronun növbədənkənar parlament seçkiləri elan etməsi faktı da onun əleyhinə çevrildi. Onun qərarını açıqlamaq üçün vaxt seçməsi - Avropa Parlamenti seçkilərinin məyusedici nəticələrinin məlum olduğu gün - bu iki hadisənin bir-biri ilə əlaqəli olduğuna və birinin digərini şərtləndirdiyinə heç bir şübhə yeri qoymadı. Gülməli olan odur ki, Makron Milli Assambleyaya növbədənkənar seçkiləri bir az gec elan edə bilərdi ki, onun vəziyyəti o qədər də açıq-aşkar bilinməsin, yəni, az-çox ağlabatan səbəblər ortaya qoya bilərdi. İndi isə hamıya aydındır ki, seçkilər Makronun partiyasının Avropa Parlamentinin yeni tərkibində uğursuzluğu səbəbindən keçiriləcək. Milli parlamentin buraxılmasının tələsik elan edilməsi faktının özü də istər-istəməz onun rəqiblərinə əlavə reytinq xalları verdi. Hətta bu məsələdə Makronun yaxınlığında ağıllı bir məsləhətçisi də yox idi. O, lap “Uğursuzlar” filmindəki Pyer Rişarın qəhrəmanını xatırlatdı.

İndi hazırkı Prezidentin siyasi gücünün erkən seçkilərdə də uğursuzluğa düçar olacağı ehtimalı daha da artır. Bunu əhalinin 54 faizinin parlamentin tərkibinin yenilənməsi qərarını dəstəklədiyi ictimai rəy sorğusunun məlumatları sübut edir. Bütün bunların anlamı nədir? Proseslər elə həmin mənanı verir, yəni, cəmiyyət mövcud vəziyyətdən yorulub və dəyişiklik istəyir. Üstəlik, “Le Journal du Dimanche” nəşrinə görə, IFOP İctimai Rəyin Öyrənilməsi Mərkəzi hazırkı Prezidentə ictimai etimadın səviyyəsini cəmi 31 faiz qiymətləndirib.

Bu kontekstdə sabiq Prezident Fransua Ollandın kommunikasiyalar üzrə keçmiş müşaviri Qaspar Qantzer kifayət qədər bəlağətli bir müqayisə aparıb. Məlum olduğu kimi, növbədənkənar seçkiləri əvvəllər prezidentlər Şarl de Qoll və Jak Şirak da elan etmişdi. Amma birinci halda onlar qələbə ilə başa çatıbsa, ikincidə uğursuzluqla nəticələnib. Qantzerin sözlərinə görə, Şarl de Qollun təcrübəsini təkrarlamaq istəyən Makronun Şirakın klubuna qoşulmaq üçün hər bir şansı var.

Digər siyasətçilər də növbədənkənar seçkilərin təyin edilməsi qərarına rişxəndlə yanaşıblar. Məsələn, bu bazar günü Sosialist Partiyasından Avropa Parlamentinə daxil olan Rafael Qluksmann Makronun qərarını pisləyib və bunu rəqiblərinin reytinqinin xeyrinə oynamaq kimi qiymətləndirib. Nüfuzlu “La Figaro” nəşrinin baş redaktoru Giyom Tabard isə Makronun qərarını alçaldıcı adlandırıb və Prezidentin komandasını batan “Titanik”lə müqayisə edib.

Makrona heç nə kömək etmədi. Nə onun Ukrayna gündəliyi və bu məsələdə feyk fəallığı, nə də müttəfiqlərin Normandiyaya çıxmasının ildönümü münasibətilə iflasa uğrayan mərasim. Bunların heç biri onun dadına çatmadı. İflas prosesi ardıcıl olaraq davam etdi!

Biz zamanı qabaqlamaq və proqnozlar vermək istəmirik. Yalnız məlum faktları sadalayırıq və erkən parlament seçkilərinin nəticələrini gözləyəcəyik. Onlar fikirlərimizin həqiqətə nə dərəcədə uyğun olduğunu göstərəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ombudsman: Beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna biganə qalmamalıdır

Azərbaycanda leqal şəkildə fəaliyyət göstərən işçilərin sayı son 7 ildə 45,4 faiz artıb

IOTA-ya prezidentliyi dövründə Azərbaycan vergi idarələrinin modernizasiyası üçün daha çox dəstək alacaq

Əziz Ələkbərli: Biz tarixi torpaqlarımıza qayıtmaqda qərarlıyıq

Daxili İşlər Nazirliyinin Hərbi İnstitutunda məzunların növbəti buraxılışı olub

Azərbaycanı Avropa çempionatında təmsil edəcək yeniyetmə boksçular açıqlanıb

Neftçalada aerobika gimnastikası üzrə ölkə çempionatı başa çatıb, qaliblər mükafatlandırılıblar

Çində leysan səbəbindən 38 nəfər ölüb, 2 nəfər itkin düşüb

Bakı Ali Neft Məktəbinin 11 tələbəsi “SOCAR Türkiyə”də təcrübə keçəcək

Türk Dövlətləri Təşkilatının böyük güc mərkəzinə çevriləcəyi qaçılmazdır ŞƏRH

BDU Türkiyənin Balıkesir Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı başa çatıb

Musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu üzrə imtahanlar başlanıb

Dövlət Komissiyası: İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan iki erməni hərbçinin meyitlərinin qalıqları qarşı tərəfə verilib

Yeniyetmə voleybolçular Xaçmaz Olimpiya İdman Kompleksində yarışırlar

ÜST dünyada vəbaya yoluxma hallarının artmasından narahatdır

Tovuzda zəncirvarı qəza olub, 1 nəfər ölüb

Moldova Prezidenti Aİ-yə üzvlüklə bağlı fərman imzalayıb

Saray və Masazır qəsəbələrində silah-sursat aşkarlanıb VİDEO

"Fənərbağça" ilk transferini reallaşdırıb, kapitanı ilə müqaviləni uzadıb

Lənkəran gəncləri Qərbi Azərbaycan həqiqətləri mövzusunda məlumatlandırılıblar

Əlcəzairdə Şuşa haqqında kitab çapdan çıxıb

“Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1153-VIQD nömrəli Qanununun tətbiqi və “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Mingəçevirdə qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

ETX alış-satış platformalarındakı dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edir

Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə dəyişiklik edilir 

Yeniyetmə gimnast: Böyüklər arasında ilk yarışım uğurlu alındı

BDU-ya 1400-dən çox magistrantın qəbulu proqnozlaşdırılır

Güclü küləyin bir neçə avtomobil yolunda yaratdığı problem aradan qaldırılıb

Xarici media “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantıdan yazır

Əmək və əhalinin sosial müdafiəsi naziri Xızıda vətəndaşları qəbul edib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Qaxda vətəndaşların müraciətlərini dinləyəcək

SOCAR Bolqarıstanda sənaye müştərilərinə təbii qaz tədarükünə başlayıb

Saatlıda salınan intensiv nektarin bağının ilk məhsulu daxili bazarlara çıxarılır

Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir

Sergey Lavrov: Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə edilməyib

Qərbi Azərbaycan İcması Aİ-ni Azərbaycana qarşı qərəzli yanaşmasından imtina etməyə çağırıb

Azərbaycan çempionu olan gimnast: Uğurlu nəticə üçün əlimdən gələni etdim

Ermənistan səfiri İsrail XİN-ə çağırılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar VİDEO

Agentlik: İbtidai sinif müəllimlərinin 86 faizi sertifikatlaşdırma prosesindən uğurla keçib

“Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir

Lənkəranda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb

Tanınmış məşqçinin Azərbaycan klubu ilə müqaviləsinin müddəti bəlli olub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırmanın ilk mərhələsi 5 imtahan mərkəzində təşkil edilib

Əmək münasibətlərinin elektronlaşdırılmasının daha geniş hüquqi bazası yaradılır

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir

Torpaq Məcəlləsinə hansı dəyişikliklər edilir?

“ASAN xidmət”in və QDİƏT-in Baş katibliyi birgə vebinar keçirib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi olub, bir qrup jurnalist təltif edilib

Azərbaycan XİN Cozep Borrelə cavab verib

Rusiyanın Amur vilayətində helikopter qəzasında 4 nəfər ölüb

Şəkidə indiyədək 21 min hektardan çox taxıl sahəsinin məhsulu yığılıb

Gəncədə güclü külək nəticəsində 41 ağac aşıb, 5 avtomobilə ziyan dəyib

"Ən yaxşı zenit-raket artilleriya batareyası" adı uğrunda yarış keçirilib

Azərbaycan ilə İordaniya müdafiə sahəsində əməkdaşlıq edəcək

Ləman Cəlilova - Massaçusets Texnoloji İnstitutunun ilk azərbaycanlı məzunu

Neftçaladakı təhsil müəssisəsində aşkarlanmış qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb

Maltanın sabiq Baş naziri: Bərpaolunan enerji mənbələrindən əldə edilən enerjini ixrac etməyə başlayırıq

AMEA ilə Çinin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondu arasında memorandum imzalanıb

Keniyada etiraz aksiyasının gedişində 200 nəfər yaralanıb

U-17 Avropa çempionatında iştirak edəcək güləşçilərin adları açıqlanıb

Riçard Tuheyava: Kanakidə Fransa tərəfindən törədilən zorakılıq aktları bizi narahat edir VİDEO

Son beş ayda sosial sahədəki e-xidmətlərə 1 milyon 400 mindən çox müraciət qeydə alınıb

Ailə başçısını itirməyə görə 193 mindən çox şəxsə pensiya və müavinət ödənilib

GDU-da yaz semestrinin imtahan sessiyası davam edir

“Azərbaycanın milli parklarının tanıtımı”nda ekoturizm həvəskarlarını nə gözləyir?

Ermənistan Fələstinin müstəqilliyini tanıyıb

Masallının çiyələk sahələrində məhsul boldur

İsveç və Avstraliyadan quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

FHN: Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb

Mütəxəssis: Yeni doğulan körpələrdə fizioloji sarılıq müvəqqəti vəziyyətdir və əksər hallarda öz-özünə keçir

Bakıda “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək

Nardaran qəsəbəsində yük avtomobili ilə dəniz sahilindən qum təbəqəsinin icazəsiz çıxarılması aşkarlanıb

® “Azercell” abunəçiləri telekommunikasiya xidmətlərindən istifadəsi zamanı müvəqqəti çətinliklərlə qarşılaşa bilər

Səfir: Rusiya Cənubi Qafqazda sülhün və tərəqqinin olmasında maraqlıdır

V “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalının proqramı zəngindir

® “Kapital Bank”ın dəstəyi ilə “Bakı Yayı-2024” turniri keçirilib

Oleq Kiper: Azərbaycanla birgə iqtisadi, mədəni layihələrin reallaşdırılmasında maraqlıyıq

Neftçalada aerobika gimnastikası üzrə VIII ölkə çempionatına start verilib

Parlament Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezidentə müraciət edib

Sertifikatlaşdırma imtahanında maksimal balı 90 nömrəli məktəbin riyaziyyat müəllimi toplayıb

Vahid Hacıyev: Bu gün Şərqi Zəngəzur və Qarabağda davamlı tikinti təşəbbüsləri var

İqor Maslov: Azərbaycan və Rusiyanın maraqlar dairəsi regional və qlobal problematikaya qədər genişlənib

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək

KTMT: Ermənistan müttəfiqimiz olaraq qalır

Bu il özəlləşdirmə və icarədən dövlət büdcəsinə 74 milyon manatdan çox vəsait daxil olub

Fərid Şəfiyev: Fransanın, Hindistanın regiona “töhfəsi” nə sülhə, nə də təhlükəsizliyə xidmət edir

Akademik İsa Həbibbəyli çinli tələbələrə Azərbaycan ədəbiyyatı tarixindən mühazirə oxuyub

Prezidentin köməkçisi: Azərbaycan ilə Rusiya arasında humanitar və təhsil sahələrində əməkdaşlıq uğurla inkişaf edir

AMEA-nın nümayəndə heyəti Pekin Universitetinin Azərbaycan dili kafedrası ilə tanış olub

Soltan Məmmədov: Seçkilərin vaxtının irəli çəkilməsi COP29-un təşkili ilə bağlı bütün məsələlərin uğurla həllinə imkan verəcək

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı işini Zəngilanda davam etdirir

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır

Milli Məclisdə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Azərbaycan Prezidentinə müraciət edilməsi üçün komissiya yaradılıb

Hikmət Hacıyev: Azərbaycan ilə Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir