Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropada yeni təhlükə: radikallıq və neonasizmin baş qaldırması

Avropada yeni təhlükə: radikallıq və neonasizmin baş qaldırması

Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin rəhbərləri son zamanlar həyəcan təbili çalırlar. Onlar Avropada neonasizmin getdikcə genişləndiyindən narahatlıq duyduqlarını açıq ifadə edirlər. İndi vəziyyət o dərəcəyə çatıb ki, Avropanın liderləri ümidlərini 2019-cu ilin mayında keçiriləcək parlament seçkisinə bağlayıblar. Proqnozlara görə, həmin seçkidə radikal və populist mövqeli namizədlərin qalib gəlməsi ehtimalı az deyil. Daha təhlükəli məqamlardan biri kimi isə bir sıra Aİ ölkəsinin rəsmi olaraq radikallığı və ayrı-seçkiliyi müdafiə etməsi göstərilir. Bu aspektdə Şərqi Avropa ölkələrinin adı daha çox çəkilir. Hətta Brüssel miqrant məsələsinə görə Macarıstana, Çexiyaya və bəzi başqa üzvlərə xəbərdarlıq edib. Lakin, görünür, prosesin qarşısını sadə xəbərdarlıqlarla almaq çox çətindir. Buna görə də Yunanıstan prezidenti açıqca neonasizm təhlükəsindən bəhs edir. Bunların fonunda Aİ-nin gələcək siyasi taleyi necə görünür? Bu sualın cavabı üzərində geniş dayanmağa ehtiyac vardır.

Açıq etiraflar: Avropada ayrı-seçkiliyin nümunələri

Avropanın bir geosiyasi-mədəni məkan və Avropa İttifaqının siyasi təşkilat olaraq taleyi son bir neçə ildə aktiv surətdə müzakirə obyektidir. Müxtəlif sahələrə məxsus olan mütəxəssislər fərqli proqnozlar verirlər. Burada ifrat nikbin ssenarilərdən ifrat bədbin variantlara qədər geniş bir spektr yaranıb. Bu mənzərənin özünün Avropanın bir qeyri-müəyyənliyə, yolayrıcına və növbəti tarixi seçim anına yaxınlaşdığını göstərdiyini qəbul etməliyik. Yəni "Avropanı nələr gözləyir?" sualı, sadəcə, ritorika xatirinə qoyulmur.

İndi Aİ-yə üzv dövlətlərin liderləri təşkilatı gözləyən mümkün təhlükələrdən bəhs edirlər. Müxtəlif tədbirlərdə öncələr tədqiqatçıların və KİV-in ifadə etdiyi təhdidləri açıqca dilə gətirirlər. Yunanıstanın prezidenti Prokopis Pavlopulos isə daha konkret fikir bildirib. O, Riqadakı "Arraiolos" sammitindən ("Arraiolos" 2003-cü ildə parlament üsul-idarəsi hökm sürən Aİ üzvlərinin yaratdığı qeyri-formal qrupdur) sonra jurnalistlərə deyib: "Avropa üçün təhlükə ayrı-ayrı dövlətlərin Avropa İttifaqının tərkibindən çıxmasından ibarət deyil, populizm və neonasizmdir. Patriotizm arxasında gizlənmiş populizmin və neonasizmin bütün bu formalarının bir məqsədi vardır: keçmişin dəhşətlərini dirçəltmək, o dəhşətləri ki, Avropanı və demək olar ki, bütün dünyanı dağıtdı. Buna görə də biz mübarizə aparmalıyıq ki, bu güclər qalib gəlməsin və Avropa quruculuğu yekunlaşsın" (bax: Президент Греции назвал неонацизм главной угрозой для Европы / "РИА Новости", 15 sentyabr 2018).

Sözlərinə davam edərək yunan prezident bəyan edib ki, sammitin bütün iştirakçıları 2019-cu ilin may ayında Avropa Parlamentinə növbəti seçkiləri son dərəcə əhəmiyyətli hesab edirlər. Hətta bunu avrozonanın yaradılması ilə müqayisə etmək olar. Çünki neonasizm dəhşəti getdikcə daha çox baş qaldırmaqdadır.

P.Pavlopulos narahatlıqla deyib: "Sözün həqiqi mənasında Avropa İttifaqının gələcəyi həll olunur. Və biz ümid edirik ki, bu təhlükə keçməyəcək. Biz ümid edirik ki, Avropa xalqları yekdilliklə deyəcəklər: "No Pasaran!" Demək lazımdır ki, biz təhlükəni görürük". Onun sözlərinə görə, avropalılar Avropanı necə gördüklərini həll etməlidirlər. Onu da xatırladaq ki, bundan bir qədər öncə Yunanıstanın Baş naziri Aleksis Sipras da Avroparlamentin tribunasından neonasizm təhlükəsindən bəhs etmişdi.

Bəs hansı səbəblərdən Yunanıstan rəhbərliyi həyəcan təbili çalır? Onlar əsassız deyillər. Sadəcə, yunanlar məhz indi həqiqətləri dillərinə gətirirlər. Eyni zamanda, özləri kifayət qədər liberal deyillər. Digər xalqlara qarşı radikal mövqe tuturlar. Məsələn, Trakiyadakı türklərin hüquqlarının tanınmasında, onların etnik kimliklərinin qəbul edilməsində problemlər hələ də mövcuddur. Təbii ki, Afina bu faktı deyil, başqalarını nəzərdə tutub neonasizmdən bəhs edir.

Özünütənqid: siyasi və ideoloji səbəblərin aradan qaldırılması yolları

Məsələ geniş faktorlarla bağlıdır. Onun bir çox ideoloji və siyasi çalarları vardır. Hər şeydən əvvəl, Aİ-də ölkələrin özlərini fərqli səviyyələrə bölürlər. Daha çox inkişaf etmiş Almaniya və Fransa başqa üzv dövlətlərə yuxarıdan aşağı baxırlar. Berlin və Paris hesab edirlər ki, məsələn, Şərqi və Cənubi Avropa ölkələri onların diktəsi ilə hərəkət etməlidirlər. Bu, Aİ daxilindəki miqrasiya zamanı sosial təminat məsələsində və Yunanıstandakı maliyyə böhranında özünü açıq göstərdi. O zaman aydın oldu ki, Aİ daxilində ayrı-seçkilik vardır.

Digər məqam Avropa İttifaqına üzv dövlətlərin miqrasiya prosesinə fərqli yanaşmaları ilə bağlıdır. Bir sıra ölkələr (məsələn, Macarıstan və İtaliya) çox sərt mövqe nümayiş etdirirlər. Onlar ən radikal tədbirlərin belə həyata keçirilməsini və miqrantların təşkilata üzv dövlətlərdən qovulmasını tələb edirlər. Bu aspektdə Aİ-nin sərhədlərində yerləşən ölkələrdən digər üzv ölkələrə miqrantların keçidini qadağan ediblər. Bundan daha çox Yunanıstan, İtaliya, Polşa, Rumıniya və Bolqarıstan zərər görür. Yunanlar həm də bu səbəbdən ultramillətçiliyin Avropa üçün təhlükə olduğundan indi bəhs edirlər.

Növbəti faktor Aİ-də radikal millətçiliyin ideoloji cərəyan olaraq getdikcə daha da güclənməsi ilə bağlıdır. Macarıstan, İtaliya, Polşa, Bolqarıstan və Rumıniyada bu proses xüsusi templə gedir. Onların sırasında daha çox Macarıstan fərqlənir. Baş nazir Viktor Orban bəzən rasional-məntiqi yanaşmaya çətin uyğun gələn radikal və ayrılıqçı fikirlər ifadə edir. Deyək ki, ancaq xristianlar üçün demokratiyadan, insan haqlarından və təhlükəsizlikdən bəhs edir. Hətta Brüssel bu neonasist mövqedən çəkinməyə başlayıb. Avropa Parlamentinin son iclaslarının birində Macarıstana qarşı bu məsələ ilə bağlı müəyyən tədbirlərin görülməsi qərara alınıb. Onu deyək ki, Macarıstanla bərabər Şərqi və Cənub-Şərqi Avropa ölkələri də eyni yolu gedirlər.

Deməli, siyasi-ideoloji aspektdə radikal və ayrılıqçı, irqçi mövqe Aİ-də getdikcə daha geniş məkanlara yayılır. Görünür, yunan rəhbərliyi bundan çox ehtiyatlanır.

Avropada neonasizmin əlamətlərindən biri kimi islamofobiyanı da göstərmək mümkündür. Təşkilata üzv ölkələrin cəmiyyətlərində süni olaraq bir antimüsəlman əhval-ruhiyyəsi formalaşdırılmağa çalışılır. Rəsmi səviyyədə belə İslam dövlətlərinə qarşı ikili standartlar prinsipi yeridilir. Müsəlman dövlətlərin daxili işlərinə qarışırlar, orada dini əsasda ixtilaflar törədirlər, terrorçuları himayə edirlər, dövlət çevrilişlərinə cəhddə iştirak edən Aİ ölkələri olmayan dövlətlərin vətəndaşlarına himayədarlıq edirlər, onları hüquq-mühafizə orqanlarına təslim etmirlər və s.

Bütün bunlar Avropanın çox ziddiyyətli siyasi-ideoloji mənzərəsinin yarandığını göstərir. Prosesin qarşısını ala biləcək mexanizmin yaradılmadığı da görünməkdədir. Bu səbəbdən Aİ-yə üzv olan bir sıra ölkələr hesab edirlər ki, əsas savaş 2019-cu ilin may seçkilərində baş verəcək. Onu deyək ki, radikallar da həmin seçkiyə ciddi hazırlaşırlar. Onlar hətta bir qrupda birləşməklə bağlı addımlar atırlar. Həmin kontekstdə Macarıstan Baş naziri ilə İtaliyanın daxili işlər nazirinin görüşü KİV-in diqqətini çox çəkib. Onlar görüşdən sonra bəyan etdilər ki, Avroparlamentə növbəti seçkidə üstünlüyü ələ almağı məqsəd kimi görürlər.

Doğrudan da əgər bu baş versə, Avropanı nələr gözləyir? Şübhə yoxdur ki, sürətlə irqçilik, radikallıq və neonasizm bütün qitəyə yayıla bilər. Sağçı-radikal və populist partiyalar cəmiyyətdə daha çox nüfuz qazansalar, seçkidə gözlənilməyən nəticələr alına bilər. Bu da bütövlükdə Aİ-nin bir təşkilat olaraq qurulma və yaşama qaydalarına, fəlsəfəsinə ziddir. Deməli, bu halda Avropa İttifaqında ziddiyyətlər çoxalar və onun mövcudluğu sual altına düşər.

Digər fəlakətli istiqamət böyük müharibə ocaqlarının yaranması ola bilər. İndidən Aİ-də antirusiya, antitürkiyə və digər "antilər" kifayət qədərdir. Məsələn, Latviyada "Vaffen-SS" legionu fəallaşıb. Onun şüarları irqçi xarakterlidir. Maraqlıdır ki, onlar Riqada "Arraiolos" qrupunun sammiti zamanı da tədbir keçiriblər. Həmin legionla həmfikir olan və Aİ ölkələrində fəaliyyət göstərən başqa təşkilatlar da vardır. Məhz onların canfəşanlığı ilə son dövrlərdə bir sıra Avropa ölkəsində irqçilik əsasında qarşıdurmalar olub. Hətta Almaniyada miqrantlarla toqquşmada həlak olanlar vardır.

Kim təminat verə bilər ki, bu tendensiya inkişaf etməyəcək? Heç kim. Bu səbəbdən Avropada siyasi liderlər neonasizmdən narahatlıqla danışırlar. Dünya növbəti fəlakətə sürüklənə bilər. Ancaq bunları demək azdır. Hamıdan öncə Avropa ölkələrinin siyasi liderləri mövqelərinə yenidən baxmalıdırlar. Onlar nə dərəcədə demokrat və liberal olduqlarını bir daha gözdən keçirməlidirlər.

Dünyanın müxtəlif regionlarında ikili yanaşmadan imtina etməlidirlər. Ədalətli mövqe tutmağa çalışmalıdırlar. Təcavüzkar və radikal siyasət yürüdən dövlətləri himayə etməkdən vaz keçməlidirlər. Bunlar olmasa, Avropanın özünün radikallıqdan, terrordan və neonasizmdən xilası mümkün deyildir. Bu, sadə, ancaq tarixi həqiqətdir!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir – YENİLƏNİB

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır