AVSTRİYADA YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN SEMİNAR KEÇİRİLMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü, Azərbaycan Akademik Birliyi və Vyana bələdiyyəsinin birgə təşkilatçılığı ilə burada yaşayan soydaşlarımız üçün ölkənin əcnəbilər haqqında yeni qanunvericiliyi mövzusunda seminar keçirilmişdir.
Bu ilin yanvarında Avstriyanın əcnəbilər barədə “Yerləşmə və yaşayış haqqında” Qanununa dəyişikliklər edilmiş, bu sahədə qaydalar sərtləşdirilmişdir. Seminardan məqsəd soydaşlarmızı viza problemləri, vətəndaşlıq, iş təminatı və digər məsələlər barədə məlumatlandırmaq olmuşdur.
Vyana bələdiyyəsinin miqrantlar və vətəndaşlıq məsələləri idarəsinin rəisi xanım Qabriel El Haurni yeni qanundan danışmış, suallara cavab vermişdir.
Səfirlik bundan sonra da belə tədbirlər keçirməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]