Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur VİDEO

Bakı, 18 sentyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycanın Kosmik Agentliyi - Azərkosmosun nümayəndə heyəti sentyabrın 18-22-də Fransanın Paris şəhərində keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Astronavtika Federasiyasının ildə bir dəfə təşkil etdiyi konqres qlobal kosmik sahənin nümayəndələrini bir araya gətirir.

Builki tədbir “Kosmos hamı üçün əlçatandır” (Space for all) mövzusunda keçirilir. Konqresə kosmik texnologiya istehsalçıları, bu sahənin inkişaf etdiyi ölkələrin hökumət nümayəndələri, dövlət və qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar, nüfuzlu tədqiqat və inkişaf mərkəzlərinin təmsilçiləri, astronavtika sahəsi üzrə elm adamları və kosmonavtlar qatılıblar.

Ölkəmiz Parisdə “IAC 2023 Baku” və Azərkosmos stendləri ilə təmsil olunur. Stendlərdə Azərbaycanda kosmik sahənin inkişaf tarixi, ölkəmizdə həyata keçirilən kosmik proqramlar, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə həyata keçirilən layihələr, o cümlədən Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanları haqqında məlumatlar əksini tapıb.

Sərgi pavilyonunda Azərkosmosla yanaşı, Avropa Kosmik Agentliyi, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA), Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Yaponiya, Almaniya və digər dövlətlərin kosmik qurumları təmsil olunur.

Bu gün keçirilən açılış mərasimində dövlət və özəl şirkətlərin, inkişaf etməkdə olan ölkələrin kosmos sahəsində təcrübəsi, onların inkişaf yolu, həmçinin dünya peyk sənayesində baş verən yeniliklər, tədqiqat və inkişaf üzrə innovativ texnologiyaların tətbiqində kiçik ölçülü peyklərin istifadəsi və imkanları barədə panel çıxışları olub.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi çərçivəsində quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin 12-ci beynəlxalq iclası da keçirilib. Azərbaycanı bu iclasda Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov və deputat Vüqar Bayramov təmsil ediblər.

Beynəlxalq Astronavtika Konqresi 73 illik tarixində artıq dördüncü dəfədir ki, Paris şəhərində təşkil olunur. Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzinin (CNES) təşkilatçılığı ilə keçirilən konqresdə ilkə imza atılıb, tədbirin təşkili prosesində dayanıqlı inkişaf prinsipləri və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyətlər tətbiq edilib. Bunlara karbon tullantıları və çirkləndirməni azaldan, enerji və resurslardan istifadənin effektivliyini artıran fəaliyyətlər daxildir.

Konqres Mars və Aya gediş-dönüş missiyaları, “James Webb” Kosmik Teleskopunun bəşəriyyətə töhfəsi, “Global Networking Forum” kimi maraqlı panel müzakirələri, dəyirmi masa görüşləri, interaktiv sessiya və zəngin proqramlarla bu həftə kosmosun yeniliklərini gündəmdə saxlayacaq.

Azərkosmosun bu konqresdə iştirakı 2023-cü ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlıq prosesinin sürətlə davam etməsinin göstəricisidir. Həmçinin Paris konqresi növbəti il Bakıda keçiriləcək tədbirə beynəlxalq kosmik ictimaiyyəti dəvət etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Ölkəmizdə keçiriləcək konqres kosmik sektorun ekosisteminin daha da inkişaf etdirilməsi, gələcək nəsillərə kosmosun əhəmiyyətini aşılamaq və ölkəmizdə kosmik sahədə yeni təşəbbüslərə töhfə vermək baxımından yeni imkanlar açacaq.

Xatırladaq ki, 2019-cu il oktyabrın 25-də Beynəlxalq Astronavtika Federasiyasının ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən seçkiləri zamanı Bakı şəhəri 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. İlk dəfə 1950-ci ildə Paris şəhərində keçirilmiş konqres dünyada kosmik sahə üzrə ən nüfuzlu tədbir hesab olunur.

Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ramana qəsəbəsindəki marketdən tütün məmulatı və oradakı ödəmə terminalından pul oğurlanıb

Anar Əliyev: Hər il 290 minə yaxın şəxsin peşə və təhsil hazırlığına cəlb edilməsinə çalışırıq

Nobel mükafatı laureatı Əziz Səncər ən qədim və nadir tibb əlyazmaları ilə tanış olub

Kəşf olunmamış Anadolu: Frigiya – qaya sakinlərinin sivilizasiyası

Hərbi qulluqçumuz “Afrika Aslanı-2024” təlimində iştirak edib

Dövlət Gömrük Komitəsində “Özünet” layihəsinin təqdimatı olub

İna Koşeru: COP29 iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə öz töhfəsini verəcək

“Qaraca qız” tamaşasının premyerası olub

® “Ziraat Bank Azərbaycan” uşaqlar üçün “Gələcəyin bankirləri” layihəsini həyata keçirib

Brüssel Mərkəzi Asiyanın nəqliyyat sektoruna 10 milyard avro sərmayə yatıracaq

Görkəmli baletmeyster Maqsud Məmmədov 95 illiyi münasibətilə evində ziyarət olunub

Polşada səfərbərliklə bağlı xəbərlərin kiber-hücum olduğu təsdiqlənib

FHN: Həftəsonu 7-si azyaşlı olmaqla 22 nəfər xilas edilib VİDEO

Bərpaolunan enerji sahəsində yeni “Şahdəniz”: Azərbaycan qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir

Monqolustan və Belarus 10-dan çox əməkdaşlıq sənədi imzalayıb

Məqsədli proqramların həyata keçirilməsi üçün işəgötürənlər qarşısında hansı tələblər qoyulur?

Xətai rayonunda üç ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

ABŞ Qırmızı dənizdə husilərin bir PUA-sını və iki raketini vurub

Meksikanın 200 illik tarixində ilk dəfə qadın prezident seçilib

® “Umico Market”də yay taksit festivalı

Nazir müavini: İl ərzində 15 minə yaxın iş axtaranı işlə təmin edə biləcəyik

Yer üzündə ən böyük genom aşkar edilib

Azərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəli açıqlanıb

Komitə sədri: Məşğulluqla bağlı qanunvericiliyin təkmilləşdirilməsi vacib amillərdəndir

AzMİU tələbələri şüşə zavodunun istehsal prosesi ilə tanış olublar

Üç nəfərin bank kartından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Məşğulluq üzrə kvotadan əlavə iş yerlərinin yaradılması qaydaları müəyyənləşir

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə imtahan verənlərin nəzərinə

Tacikistan nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrinin Vətən müharibəsindəki rolu haqqında məlumatlandırılıb

Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların məşğulluğu ilə bağlı qanunvericilik təkmilləşdirilir

QHT sədri: ABŞ konqresmenləri erməni diasporunun təsiri ilə addım atıblar

Peşəkar boksçunun maraqlı hobbisi FOTO

İyunun 3-ü Ümumdünya Velosiped Günüdür

Azərbaycan millisinin üzvü Braziliya klubu ilə anlaşıb

“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək kişi boksçuların tam siyahısı bəlli olub

Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib  YENİLƏNİB VİDEO

Kolleclərdə ilkin monitorinqlər yekunlaşıb: 6 direktor və 4 direktor müavini ilə əmək müqaviləsinə xitam verilib

İranda prezidentliyə namizədlərin qeydə alınması başa çatır

Seul KXDR ilə hərbi sazişin qüvvəsini dayandırmaq qərarına gəlib

Paytaxtın 80 yaşlı təhsil ocağı

® “AccessBank”dan Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “myCard Junior” kartlarına 50 faiz endirim

Ünvanlı yardım üçün müraciət proseduru daha da təkmilləşdirilib VİDEO

“Araz-Naxçıvan” futbolçusu ilə müqaviləni uzadıb

BANM-in tələbələri “PAŞA Holdinq”in inkişaf proqramında I yeri tutublar

Vladimir Qlazunov: Bakı - insanların böyük və çoxmillətli icmasına qucaq açan ayrıca planetdir

“Qarabağ” tarixində 20-ci titulunu əldə edib

Azərbaycan QHT-ləri ABŞ konqresmenlərinə açıq məktub ünvanlayıblar

Qazaxıstan Çinin sərmayəsi ilə nəhəng misəritmə zavodu tikəcək

Dünya birjalarında neft ucuzlaşıb

Bu gün görkəmli şair Nazim Hikmətin anım günüdür

DİN: Son iki gündə 9 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Abdullah Zubir “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib

Yaponiyanın beş avtomobil istehsalçısının ofislərində axtarış aparılır

DİN: İyunun ilk iki günündə 1 avtomat və 5 tüfəng təhvil götürülüb

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Xızıda vətəndaşları qəbul edəcək

DİN: cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

Qəza səbəbindən Azadlıq prospektində sıxlıq yaranıb

Qəbələdə keçirilən beynəlxalq basketbol turnirində qalib bu gün bəlli olacaq

Xocalı yenə də dünyanın diqqət mərkəzində - bu dəfə abad, gözəl, inkişafda olan şəhər kimi

Bu gündən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır

Yaponiyada F-35 qırıcıları qəza enişi edib

Fermerlər Fransanı İspaniyaya birləşdirən yolu bağlayacaqlar

Yağış eroziyası: Aviasiya sektorunda həllini gözləyən məsələ

Eyfel qülləsini ziyarət haqqı artırılır

Çexiyada 2 mindən çox gümüş sikkə tapılıb

Yaponiyada zəlzələ baş verib

Almaniyada xilasetmə zamanı yanğınsöndürən ölüb

Stokholm marafonu zamanı 15 nəfər xəstəxanaya yerləşdirilib

OPEC ölkələri hasilatı yenidən azalmağa qərar verib

Çexiyada 18 nəfəri ildırım vurub

Salyanda fiziki məhdudiyyətli uşaqların əl işlərindən ibarət sərgi açılıb

Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisi 1/4 finala yüksəlib

“Qarabağ”ın futbolçusu: Əziyyətimizin bəhrəsini mövsümün sonunda gördük

Azərbaycan millisinin basketbolçusu: Qarşıdakı oyunlar daha çətin olacaq

Tahir Gözəl: Futbolçularımla qürur duyuram

Baş məşqçi: İnanıram ki, basketbolçularımız Paris Olimpiadasında daha fərqli oynayacaqlar

İtaliyada daşqın nəticəsində itkin düşənlərin ikisinin cəsədi tapılıb

ELSA Azərbaycan tərəfindən Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən məhkəmə müsabiqəsinin qalibi məlum olub

“ECOVELOFEST”də Şirvan-Salyan Regional Təhsil İdarəsini 11 müəllim təmsil edib

Qurban Qurbanov: "Zirə" büdcəsi ilə bizə qalib gəldi

"Fənərbağça" Joze Mourinyo ilə rəsmi müqavilə imzalayıb

Bakıda keçirilən gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turniri başa çatıb

Rəşad Sadıqov: Əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm

Azərbaycan basketbol millisi Qəbələdəki turnirdə ikinci oyununu keçirib

“Qarabağ” Azərbaycan Kubokunun qalibi olub - YENİLƏNİB

“Circus Sea Breeze” Xəzərin sahilində yay mövsümünü açıq elan edib

Azərbaycan Kubokunun finalı: “Qarabağ” hesabı açıb

Bu gün Maksim Medvedev karyerasını bitirəcək

Babək rayonunun 3 yaşayış məntəqəsində yanğın olub VİDEO

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

“ETS2” direktivi İsveçdə yanacaq qiymətlərinin artmasına səbəb olacaq

Azərbaycanın İrlandiyaya yeni təyin olunmuş ilk fəxri konsulu ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

Azərbaycan basketbol millisi beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan Kubokunun finalı: “Qarabağ” – “Zirə” oyunu üçün heyətlər açıqlanıb

Azərbaycan Premyer Liqasına yüksələn klub baş məşqçi ilə yollarını ayırıb

Qəbələdə beynəlxalq basketbol turniri Azərbaycan komandalarının oyunu ilə start götürüb

“Azərbaycan Ticarət Evi” Doha şəhərində ərzaq və kənd təsərrüfatı məhsullarının sərgisini təşkil edib

Astarada yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycanın Mərakeşdəki səfirliyi xeyriyyə tədbiri keçirib

Kiyevin vizit kartına çevrilən adası - AZƏRTAC-ın FOTOREPORTAJI