Azərbaycan Astanada keçirilən beynəlxalq forumda təmsil olunur



Astana, 20 may, AZƏRTAC
Qazaxıstan paytaxtında bu ölkədə qeyd edilən Mədəniyyət və İncəsənət Xadimləri Gününə həsr olunmuş mədəniyyət işçilərinin forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, peşə bayramı çərçivəsində Qazaxıstan Milli Muzeyində bu ölkənin Mədəniyyət Nazirliyinin və TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi ilə III Muzey Konqresi keçirilir. Tədbir muzey eksponatlarının bərpası üzrə nəzəri və praktiki məsələlərə həsr olunub.
Tədbirdə qazaxıstanlı mütəxəssislərlə yanaşı, həmçinin Azərbaycan, Türkiyə, Rusiya, Özbəkistan, Qırğızıstan, Belarus və Moldovanın alimləri və muzey əməkdaşları iştirak edirlər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2025 [11:51]
"Şah Abbas Namə" tamaşasının premyerasına son günlər
- 13.06.2025 [10:42]
Tanınmış kaman ustası Tələt Bakıxanovun anadan olmasından 98 il ötür
- 13.06.2025 [08:57]
Maykl Duqlas Karlovı Varı Beynəlxalq Kinofestivalına gələcək
- 13.06.2025 [01:26]