Azərbaycan idmançıları Nijnevartovskda MMA üzrə beynəlxalq turnirdə iştirak edəcəklər
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 17-18-də Nijnevartovskda qarışıq döyüş sənətləri (MMA) üzrə “Birlik Kuboku” Beynəlxalq turniri keçiriləcək. Bu il beş illiyi tamam olan turnirdə Rusiyadan, bir sıra Avropa və Asiya ölkələrindən 100-dən çox ən güclü idmançı iştirak edir.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan yığması da təmsil olunacaq. Onun əsas rəqibləri Qazaxıstan və Rusiya yığmalarıdır. Yarışda Albaniya, Yunanıstan və Qırğızıstanın güclü komandaları iştirak edirlər.
Rusiya MMA İttifaqının vitse-prezidenti Andrey Terentyev deyib: “Turnir beş il ərzində genişlənərək, açıq dairə çempionatından beynəlxalq yarışa qədər yüksəlib. Ümidvaram ki, yarışın nüfuzu artdığı kimi, iştirakçı ölkələrin də sayı ildən-ilə artacaq. Belə mükafat fondu ilə hər bir turnir öyünə bilməz. Hər bir çəki dərəcəsində qalib gələn idmançı 100 min rubl mükafat alacaq”.
A.Terentyevin sözlərinə görə, “Birlik Kuboku - 2017” turnirində nə qədər komandanın iştirak edəcəyi hələlik məlum deyil. Axı müraciətlər turnir başlayana qədər qəbul ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]