Azərbaycan komandaları Tbilisi Gimnastradasında uğurla çıxış ediblər
Bakı, 31 mart, AZƏRTAC
Gürcüstanda gimnastika hamı üçün növü üzrə Tbilisi Gimnastradası keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda təmsilçilərimiz uğurla çıxış ediblər.
Gimnastradada Bakının “Alov” komandası ilə yanaşı, İsmayıllı, Gəncə, Abşeron, Naxçıvan, Mingəçevir komandaları uğurla çıxış edərək birinci olub.