Azərbaycan millisi Belarus yığması ilə görüşdə məğlub olub
Bakı, 25 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Belarus yığması ilə qarşılaşıb. Masazırda yerləşən “Bank Respublika Arena”da təşkil edilən oyun rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Azərbaycan seçməsi martın 22-də keçirilən ilk yoldaşlıq matçında Haitiyə 0:3 hesabı ilə məğlub olmuşdu.