Azərbaycan səfiri etimadnaməsinin surətini Ukrayna XİN-ə təqdim edib
Kiyev, 10 iyun, AZƏRTAC
İyunun 9-da Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebiynis Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Seymur Mərdəliyevin etimadnaməsinin surətini qəbul edib.
Ukrayna Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini son vaxtlar ikitərəfli siyasi dialoqun intensivləşməsini müsbət qiymətləndirib və Rusiyanın təcavüzünə qarşı mübarizədə Azərbaycanın Ukraynaya gələcək dəstəyinə ümid etdiyini bildirib, xüsusən də Azərbaycan tərəfini Ukrayna Prezidenti Volodimir Zelenskinin Sülh Formulasına qoşulmağa çağırıb.
Yevgeni Perebiynis göstərilən humanitar yardıma, o cümlədən Ukrayna vətəndaşlarının Azərbaycanda reabilitasiyasına və hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş uşaqların istirahətinin təşkilinə dair qərara görə ölkəmizə təşəkkür edib.
Seymur Mərdəliyev öz növbəsində Kaxovka SES-də baş verən partlayışın nəticələrinin aradan qaldırılması üçün Azərbaycan tərəfindən Ukraynaya əlavə humanitar yardımın göndərilməsi barədə məlumat verib. Səfir, həmçinin Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə əminliyini bildirib. Kiyev və Bakı arasında əməkdaşlığı gücləndirməyə hazır olduğunu vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
Bu saata olan əsas xəbərlər
- [20:00]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [23:48]
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
- 08.08.2026 [23:37]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [21:54]
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
- 08.08.2026 [21:23]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [21:00]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa
- 08.08.2026 [20:31]
Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH
- 08.08.2026 [20:26]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [20:00]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [19:17]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [18:18]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [16:51]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [16:35]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [16:31]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
- 08.08.2026 [16:19]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [16:11]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 08.08.2026 [15:33]
Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH
- 08.08.2026 [15:05]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [13:27]