Azərbaycan Turizm İnstitutu 30 xarici ali məktəb və 34 beynəlxalq təşkilatla əlaqələr qurmuşdur
Bakı, 16 iyul (AZƏRTAC). Azərbaycan Turizm İnstitutu (ATİ) Avropa İttifaqının Erasmus-Mundus xarici əməkdaşlıq proqramı çərçivəsində 2008-ci ildən Yunanıstan, Fransa, Bolqarıstan, İtaliya, Litva, Portuqaliya, Niderland və s. ölkələrin 16 ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələri yaratmışdır.
Bu barədə AZƏRTAC-a məlumat verən ATİ-nin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov demişdir ki, ötən müddətdə 9 müəllim və 17 tələbə bu proqramdan yararlanaraq xaricdə təhsil və təcrübəsini artırmışdır. Həmçinin ATİ proqram çərçivəsində 2 müəllim və 4 xarici tələbəni qəbul etmişdir. Ümumiyyətlə, xarici mübadilə proqramları çərçivəsində 2007-ci ildən bu günədək institutumuza 47 müəllim və ekspert dəvət olunmuşdur.
Rektor vurğulamışdır ki, ATİ bu günədək 30 xarici ali məktəb və 34 beynəlxalq təşkilatla əlaqələr qurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]