Azərbaycan və Tunis antidopinq sahəsində birgə əməkdaşlıq imkanlarını araşdırır
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin başçılıq etdiyi nümayəndə heyəti səfərdə Tunis Milli Antidopinq Agentliyinin (ANAD) baş direktoru Mondher Qabuj ilə səmərəli görüş keçirib.
AMADA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı iki qurum arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub, təhsil ilə elm əsas prioritet sahələr kimi ön plana çıxarılıb. Tərəflər idmançılar və onların köməkçi heyəti üçün təlim və potensialın artırılması proqramlarının təşkili, eləcə də birgə maarifləndirici seminar və təlimlərin keçirilməsi kimi fikirlər ətrafında müzakirə aparıblar.
Hər iki tərəf qeyd edib ki, müzakirə olunan məsələlərin konkret təşəbbüslərə çevrilməsi üçün əlavə məsləhətləşmələrə ehtiyac var. Görüş, gələcəkdə təmiz idmanın təşviqi, qarşılıqlı təcrübə mübadiləsi və elmi inkişaf baxımından əməkdaşlıq imkanlarına olan ortaq marağı əks etdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]