AZƏRBAYCANDA AİLƏNİN FORMALAŞMASI VƏ İNKİŞAFI İSTİQAMƏTLƏRİ
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva Azərbaycanda ailənin formalaşması və inkişafı istiqamətləri ilə bağlı AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, hər bir ölkədə olduğu kimi, respublikamızda da ailənin formalaşması, onun inkişafı cəmiyyətin demoqrafiq, tarixi, iqtisadi və s. prosesləri ilə əlaqədardır. Keçid dövrünün mənfi təsirləri, müharibənin acı nəticələri cəmiyyətin bütün sahələrində olduğu kimi, ailə məsələsində də öz əksini tapmışdır.
Ölkəmizdə 200 mindən çox qaçqın və məcburi köçkün ailəsi var. Onların arasında 8 min şəhid ailəsi, 5 min müharibə əlili, 5 min 400 valideyn himayəsindən məhrum uşaq vardır.
Hazırda Azərbaycanda 2 milyondan artıq ailə mövcuddur. Bu ailələr tərkibinə, sosial-iqtisadi vəziyyətinə görə müxtəlif kateqoriyalara bölünürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]