AZƏRBAYCANIN İŞĞAL EDİLMİŞ ƏRAZİLƏRİNDƏKİ VƏZİYYƏT BMT BAŞ MƏCLİSİNİN SESSİYASINDA MÜZAKİRƏ OLUNACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 29-da Nyu-Yorkda, BMT Baş Məclisi 59-cu sessiyasının geniş iclasında Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə məsələnin sessiyanın gündəliyinə daxil olunmasına dair səsvermə keçirilmişdir. Üzv dövlətlər 42 səs lehinə, 2 səs əleyhinə olmaqla bu məsələni BMT Baş Məclisinin gündəliyinə 163-cü bənd kimi salmışlar. 99 ölkə bitərəf qalmışdır. Beləliklə, Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət 59-cu sessiya işini başa vurana qədər BMT-də müzakirə olunacaqdır. Bunun təxminən, dekabrda baş verəcəyi gözlənilir.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev AZƏRTAC-ın müxbirinə demişdir: “İşğal edilmiş ərazilərimizdə vəziyyətin mötəbər orqanda müzakirə olunması məsələsi çoxsaylı təzyiqlərlə qarşılansa da, bugünkü səsvermə müsbət nəticələnmişdir. Bu, ciddi və mühüm addımdır. Dövlətimizin milli maraqlarının BMT-də müdafiə olunması istiqamətində görəcəyimiz işlər hələ çoxdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]