Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının heyətində dəyişiklik baş verib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, “Neftçi”nin qapıçısı Nurəziz Əzizov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə keçiriləcək oyunöncəsi məşqdə zədələndiyi üçün U-17-nin heyətindən çıxarılıb. Onun əvəzinə “Marset”in (İspaniya) üzvü Ramal Qəmbərov millinin düşərgəsinə qoşulub.
Qeyd edək ki, U-17 bu gün seçmə mərhələnin ilk oyununda Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]