“Azərpoçt” MMC Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyi əməkdaşlığa başlayıb
Bakı, 13 iyul, AZƏRTAC
“Azərpoçt” MMC poçt işinin təşkili məqsədilə Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyi ilə yeni əməkdaşlığa başlayıb.
AZƏRTAC-a “Azərpoçt”dan bildirilib ki, əməkdaşlığın əsas məqsədi Yaponiyada qurulmuş və müvəffəqiyyət qazanmış poçt işinin ən yaxşı nümunələrini “Azərpoçt”la bölüşməkdir. Belə ki, yeni qurulan əməkdaşlıq çərçivəsində iki əsas istiqamətdə işlərin görülməsi planlanır: “Azərpoçt”a məxsus tikilməsi planlanan yeni poçt çeşidləmə mərkəzinin qurulmasına dəstək və davamlı olaraq ölkədə poçt işinin inkişafına töhfə verməklə qurumlararası əlaqələrin möhkəmləndirilməsidir.