Bakı Qarnizonunda intizamın vəziyyəti təhlil edilib
Bakı, 13 yanvar, AZƏRTAC
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Bakı Qarnizonunda 2019-cu ilin yekunlarına və intizam vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.
Müşavirədə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev çıxış edərək ötən il qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə məlumat verib. Nazir müavini 2020-ci ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə müvafiq tapşırıqları vəzifəli şəxslərə çatdırıb.