Bakıda “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir
Bakı, 16 iyul (AZƏRTAC). Sentyabrın 6-7-də Bakıda Dünya Turizm Təşkilatının və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransda bir sıra ölkələrin turizm nazirliklərinin nümayəndələri, bu sahədə fəaliyyət göstərən təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.
Dünya Turizm Təşkilatının “İpək Yolu” proqramının başlıca məqsədlərindən biri tarixi ərazidə davamlı turizmin inkişafına nail olmaq, güclü beynəlxalq əlaqələr qurmaq və birgə təşəbbüslərə dəstək verməkdir. Konfrans İpək yolu ölkələri ilə ən mükəmməl təcrübələri bölüşməyə, qida mədəniyyətini, davamlı turizmin inkişafında beynəlxalq sayıqlığı artırmağa kömək edəcəkdir.
Konfransın keçirilməsi haqqında saziş bu il aprelin 12-də Bakıda təşkil olunan Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi zamanı imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]