BAKIDA OTÜSTÜ XOKKEY ÜZRƏ ÇEMPİONLAR KUBOKUNUN KLUB YARIŞLARI BAŞA ÇATMIŞDIR
Xatırladaq ki, paytaxtımıza yeddi ölkədən ən güclü klublar gəlmişdi. Ölkəmizi turnirdə “Atasport” komandası təmsil edirdi.
“B” qrupunda mübarizə aparan “Atasport” yarışların ilk günü İrlandiyanın “Germes” klubunu 2:0, İtaliyanın “Seneça San Saba” klubunu 3:0, Avstriyanın “Arminen Koller Transport” klubunu 10:0 hesabı ilə məğlubiyyətə uğratmışdır. Bu qrupa digər oyunlar belə başa çatmışdır: “Seneça San Saba” – “Arminen Koller Transport” – 6:1, “Germes”-“Arminen Koller Transport”-11:0, “Germes”-“Seneça San Saba” – 2:0.
“A” qrupunda isə nəticələr belədir: “Volqa-Telekom” (Rusiya) - “Royal Viktori” (Belçika) – 7:0, “Meteor” (Çexiya) – “Kambre” (Fransa) – 6:1, “Volqa telekom” – “Meteor” – 6:2, “Royal Viktori” – “Kambre” – 6:0, “Royal Viktori”-“Meteor” –2:1, “Volqa Telekom”-“Kambre”-6:0.
Beləliklə, gələn il Çempionlar kubokunun güclülər qrupunda yarışmaq hüququ uğrunda yarımfinalda “Atasport” və “Royal Viktori”, “Volqa Telekom” və “Germes” klubları görüşmüşlər.
Birinci olaraq meydana “Atasport” və “Royal Viktori” komandaları çıxmışlar. Görüş meydan sahiblərinin tam üstünlüyü ilə keçmişdir. Belçikalıların güclü müqavimətinə baxmayaraq, xokkeyçi qızlarımız rəqiblərinin qapılarına 5 cavabsız top vurmuş və Çempionlar kubokunun güclülər dəstəsinə vəsiqə qazanmışlar.
“Volqa Telekom” və “Germes” klublarının görüşündə isə rusiyalılar 3:2 hesabı ilə qalib gələrək, Çempionlar kubokunun güclülər dəstəsinə çıxmışlar.