Bakıdan Hindistanın Mumbay şəhərinə olan reys təxirə salınıb
Bakı, 7 may, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
Eyni zamanda, AZAL-ın Bakıdan Hindistanın Mumbay şəhərinə planlaşdırılan J2-059 nömrəli reysi Pakistan üzərində hava məkanının bağlı olması səbəbindən təxirə salınıb.
“AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq”, - deyə məlumatda bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:57]
Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib
- 01.10.2026 [14:36]
Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib
- 01.10.2026 [13:53]