Bədii gimnastika üzrə Moldova millisinin Bakı turniri üçün heyəti açıqlanıb
Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 14-dən 16-dək Bakıda Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq olunmuş bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnir keçiriləcək.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, budəfəki yarışda gənc bədii gimnastlara böyüklər də qoşulacaqlar.
Moldova milli komandasının Bakı turniri üçün heyəti açıqlanıb. Yarışda Moldovanı dörd gimnast - böyüklərin mübarizəsində Daria Sliusarenko, Evelina Rusika, gənc gimnastlar kateqoriyasında isə Veronika Sturmilova və Yevgenia Karaman təmsil edəcək.
Azərbaycan ilk dəfə 2018-ci, daha sonra isə 2019-cu ildə bu növ üzrə gənclər arasında “AGF Trophy” adlı beynəlxalq turnirə ev sahibliyi edib. Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.
Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.
Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]