Bəlucistanda bir neçə gün ərzində 12 hərbçi öldürülüb
Bakı, 13 iyul, AZƏRTAC
Pakistanın Bəlucistan əyalətində yerləşən Suy rayonunda baş verən atışmada Pakistan ordusunun üç zabiti həlak olub.
AZƏRTAC Aamaj News agentliyinə istinadla xəbər verir ki, hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.
Son günlər Bəlucistan əyalətində baş verən iki hücum nəticəsində azı 12 hərbçi öldürülüb. Belə ki, bir müddət öncə “Təhrik-i-Cihad Pakistan” qruplaşmasının Şimali Bəlucistanın Job rayonundakı hərbi mərkəzə hücumu nəticəsində doqquz hərbçi həlak olmuşdu.
Pakistan Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2023-cü ilin birinci yarısında ölkədə terror fəaliyyəti öncəki illə müqayisədə 79 faiz artıb. Son altı ay ərzində Pakistan ərazisində qeydə alınan 271 silahlı hücum nəticəsində 400-ə yaxın insan öldürülüb, 670-ə qədər insan isə yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]