Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır
London, 23 mart, AZƏRTAC
Leyboristlər hökuməti La-Manş boğazını kiçik qayıqlarla keçən miqrantlarla bağlı böhranı həll etmək məqsədilə sığınacaq müraciəti rədd edilən şəxslərin Balkan ölkələrinə göndərilməsi planlarını nəzərdən keçirir.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, müraciətləri rədd olunan şəxslər təkliflərə əsasən geri qaytarılma mərkəzlərində yerləşdiriləcək. Bu yanaşma, Mühafizəkarlar hökumətinin Ruanda planından fərqli olaraq, yalnız sığınacaq almaq hüququ olmayanlara şamil ediləcək. Ruanda planında isə kimliyindən asılı olmayaraq, kiçik qayıqlarla gələn hər kəsin Afrikadakı bu ölkəyə birbaşa göndərilməsi nəzərdə tutulurdu.
Bildirilib ki, Birləşmiş Krallıq Albaniya, Serbiya, Bosniya və Şimali Makedoniya ilə bu məsələ ilə bağlı danışıqlar apara bilər. Avropa İttifaqı ötən həftə üzv ölkələrin belə “geri qaytarılma mərkəzləri” qurmasına imkan verən təklif irəli sürüb. Bu ideya BMT-nin Miqrasiya üzrə Beynəlxalq Təşkilatı tərəfindən də dəstəklənib. Təşkilat bildirib ki, Avropa və beynəlxalq qanunvericiliyə uyğun, effektiv və innovativ geri qaytarma siyasətinin hazırlanması və tətbiqində ölkələrə məsləhət və dəstək verməyə hazırdır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]