Britaniya Ukraynaya 70-dən çox döyüş maşını tədarük edəcək
Bakı, 12 iyul, AZƏRTAC
Böyük Britaniya yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya döyüş maşınları və “Challenger 2” tankları üçün minlərlə mərmi verəcək.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Rişi Sunakın ofisi məlumat yayıb. Məlumata görə, uzunmüddətli ikitərəfli təhlükəsizlik paktı üzərində işləməkdən əlavə, Böyük Britaniya Ukraynaya 70-dən çox döyüş və köməkçi maşın tədarük edəcək. Bundan əlavə, London Böyük Britaniyanın əvvəllər tədarük etdiyi hərbi texnikanın təmiri üçün 50 milyon funt sterlinq (65 milyon dollar) ayıracaq. Habelə NATO-nun himayəsi ilə Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin reabilitasiyası üçün tibb mərkəzi yaradılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]