Britaniyalı nazir: La-Manşı keçən qanunsuz miqrant axını nəzarət altına alına bilmir
London, 12 avqust, AZƏRTAC
Böyük Britaniyada kiçik qayıqlarla La-Manş boğazını keçərək ölkəyə gələn qanunsuz miqrantların sayı 50 minə yaxınlaşır.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, təhsil naziri Baronessa Cekki Smit hökumətin bu problemin qarşısını indiyədək ala bilmədiyini etiraf edib. Nazir bildirib ki, təhlükəli keçidi edənlərin sayının artması indiyə qədər həll edə bilmədikləri bir problemdir. Lakin, o, bunun məsuliyyətini əvvəlki hökumətin daşıdığını vurğulayıb. Onun sözlərinə görə, hazırda problemin həlli üçün çox vacib tədbirlər görülür.
Miqrasiya ilə bağlı ictimai narazılığın artdığı bir vaxtda hökumət miqrant axınının qarşısını almaq üçün tədbirlərini gücləndirib. Bundan başqa, Daxili İşlər Nazirliyi “əvvəl deportasiya, sonra apellyasiya” sxeminin tətbiqini genişləndirib. Bu sxem xarici cinayətkarların şikayətləri araşdırılmadan əvvəl ölkədən çıxarılmasını nəzərdə tutur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]