Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
Bakı, 19 may, AZƏRTAC
Böyük Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili Birləşmiş Krallıqda vətəndaşlarının əsassız və siyasi motivli həbsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
AZƏRTAC xəbər verir ki, yerli medianın məlumatına əsasən, İran XİN vətəndaşlarının saxlanmasını və onlara qarşı sübutsuz ittihamların irəli sürülməsini beynəlxalq hüququn norma və standartlarına və insan hüquqlarına zidd olduğunu bildirib.
İranlı diplomatların sözlərinə görə, saxlanılan şəxslərə konsulluqla əlaqə yaratmaq imkanı və müdafiə hüququ verilməyib. Tehran Londonun hərəkətlərini İrana təzyiq cəhdi və siyasi motivli həbs hesab edir.
Mayın 17-də Böyük Britaniyanın bir neçə şəhərində dörd İran vətəndaşı saxlanılıb. Elə həmin gün azadlığa buraxılan iranlılara qarşı gələcəkdə sanksiyaların tətbiqi istisna edilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]
Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
- 01.10.2026 [14:46]
Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb
- 01.10.2026 [14:35]
İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
- 01.10.2026 [14:33]