Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bu gün Xalq artisti Azər Paşa Nemətovun doğum günüdür

Bu gün Xalq artisti Azər Paşa Nemətovun doğum günüdür

Bakı, 13 avqust, AZƏRTAC

Bu gün görkəmli teatr rejissoru, Xalq artisti Azər Paşa Nemətovun anadan olmasının 77-ci ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, Azərbaycan teatr sənətinin inkişafında Azər Paşa Nemətovun yüksək ictimai məsuliyyət hissinə malik və müasir teatr texnologiyalarını ustalıqla mənimsəmiş sənətkar kimi özünəməxsus xidmətləri vardır.

O, 1947-ci ildə görkəmli rejissor Zəfər Nemətovun ailəsində Bakıda dünyaya göz açıb. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra o, 1965-1970-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində ali təhsil alıb.

Əmək fəaliyyətinə 1967-ci ildən Azərbaycan Respublikası Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində rejissor assistenti kimi başlayan Azər Paşa Nemətov 1970-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda assistent olub, 1973-1974-cü illərdə isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləmişdir. O, 1974-1976-cı illərdə indiki Sankt-Peterburq şəhərində Leninqrad Gənc Tamaşaçılar Teatrında rejissor-stajor olaraq çalışdıqdan sonra 1977-ci ildə Bakıya qayıdaraq fəaliyyətini yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında davam etdirib və burada 1990-cı ilədək quruluşçu rejissor, baş rejissor və bədii rəhbər vəzifələrində çalışıb. 1990-1992-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında quruluşçu rejissor olub, 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru, 2016-cı ildən isə Teatrın bədii rəhbəri - direktoru vəzifəsini tutub.

Milli Dram Teatrının səhnəsində onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş verdiyi tamaşalar daim özünün parlaq rejissor həlli ilə seçilmiş, yenilikçi ruhu sayəsində teatr mühitində rəğbətlə qarşılanmış və mütəxəssislər tərəfindən layiqli qiymətini alıb. Həmin tamaşalar ölkəmizin hüdudlarından kənarda keçirilən müxtəlif festival və müsabiqələrdə də uğurla nümayiş etdirilib.

Azərpaşa Nemətov Akademik Milli Dram Teatrının səhnəsində Rüstəm İbrahimbəyovun “Biganələr oteli” (1984), Arif Süleymanovun “Tufandan əvvəl” (1987), Elçinin “Ah, Paris, Paris!..” (1997), “Mənim sevimli dəlim” (1998),“Mənim ərim dəlidir. Diaqnoz D” (1999), Uilyam Şekspirin “Hamlet” (2002), İlyas Əfəndiyevin “Boy çiçəyi” (2011), Əli Əmirlinin “Şah Qacar” (2013), Cəlil Məmmədquluzadənin “Ölülər” (2016), Cəfər Cabbarlının “Almaz” (2017), E.Əfəndiyevin “Cəhənnəm sakinləri” (2017) tamaşalarına quruluş verib.

Azərpaşa müəllim, həmçinin 2012-ci ildə “Yaşadan, yaşayan Yaşar”, 2013-cü ildə isə “Səni axtarırıq…” adlı filmlərin rejissoru olub.

Azər Paşa Nemətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, tədris etdiyi rejissorluq sənətinin əsaslarını yetirmələrinə mənimsətmək üçün qüvvə və bacarığını əsirgəməyib.

Respublikanın mədəni-ictimai həyatının fəal iştirakçısı olan Azər Paşa Nemətovun Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik etdiyi illərdə ölkənin teatr həyatında bir çox təqdirəlayiq işlər görülüb.

Azər Paşa Nemətovun Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” və 2002-ci ildə “Xalq artisti” fəxri adlarını alıb, 2007-ci ildə müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” və 2022-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

O, 2023-cü il aprelin 9-da 76 yaşında vəfat edib. İkinci Fəxri xiyabanda dəfn edilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür

Çin Tayvanın kənd təsərrüfatı məhsullarına idxal güzəştlərini ləğv edib

Hərb tariximizin ən parlaq səhifələrindən olan antiterror əməliyyatından bir il ötür

Fransada şərab istehsalının azalması proqnozlaşdırılır

Fransanın dənizaşırı ərazilərində vəziyyət ağırlaşıb

Süni intellekt qadınlar arasında işsizliyin artması ilə nəticələnə bilər

Beyin anevrizmasını müalicə edə bilən nanorobotlar hazırlanıb

Xəzər dənizində zəlzələ baş verib

Rusiyada “İslamın minarəsi” jurnalının Nizami Gəncəviyə həsr olunmuş yeni sayı işıq üzü görüb

BMT Fələstin torpaqlarının azad edilməsi ilə bağlı qətnamə qəbul edib

FED uçot dərəcəsini azaldıb

Papa Fransisk daşqınlardan zərər çəkmiş Avropa ölkələrinə yardım göstərməyə çağırıb

Yeni araşdırma qocalmanın həyatın iki nöqtəsində cəmləşdiyini ortaya qoyur

Çempionlar Liqası: "Mançester Siti" - "İnter" oyununda qalib müəyyənləşməyib, “Borussiya Dortmund” qələbəyə sevinib

“ABAD” işğaldan azad edilmiş ərazilərin sakinlərinə təqdim olunub

Avropada koronavirusun yeni variantı yayılır

Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib

Siyavuş Kərimi: Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çox böyük əhəmiyyət kəsb edən hadisədir

Rusiyanın tikinti şirkətləri işgüzar missiya ilə Azərbaycana gələcək

Moskvada Xəzər regionunda əməkdaşlıq məsələləri müzakirə olunub

“Azərpoçt” ÜPİ-nin Regional Strateji Forumunda təmsil olunub

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub VİDEO

ABŞ Dövlət Departamenti Ermənistana hərbi və digər yardımların artırılmasına münasibət bildirib

Naxçıvandakı Heydər Əliyev Muzeyində müasir havalandırma və yanğın təhlükəsizliyi sistemləri quraşdırılacaq

Britaniyanın xarici işlər naziri: Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib

Prokurorluq əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər

“Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsinin yekun tədbiri

Daşkənddə Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri aparılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib

Blinken Livanda peycerlərin partlamasına münasibət bildirib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən məktəbdə olub

® "Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi

DİM imtahanlarda sertifikat əldə edən şəxslərə müraciət edib

Özbəkistan alimləri Əlyazmalar İnstitutunda tədqiqat aparacaqlar

Almaniyada yaşı yüzü ötən insanların sayı artıb

PMS imtahanının II mərhələsi üzrə keçiriləcək imtahana qeydiyyat elan edilib

İqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun 3-cü iclası işə başlayıb YENİLƏNİB

Naxçıvanda Milli Musiqi Günü qeyd olunub

“Neftçi” klubu isveçli idman direktoru ilə yollarını ayırıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Kəlbəcərə səfər ediblər

İqtisadiyyat İnstitutunda Özbəkistan nümayəndə heyəti ilə görüş olub

Özbəkistan iqtisadi inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı Azərbaycanla əməkdaşlığa hazırdır

Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşib

Viktor Orban: Daşqınlarla mübarizənin ən çətin mərhələsi yaxınlaşır

“Böyük Qayıdış” proqramı çərçivəsində işəgötürənlərlə görüş keçirilib

Qarabağ və Şərqi Zəngəzurun florasında problemlərin həlli yolları - beynəlxalq konfrans

Bu ilin 7 ayında Azərbaycanda 32 qurum akkreditasiya edilib

Növbəti “KOB Fest” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək

® “Birbank”la hər gediş 20 faiz keşbek qazandırır

Qazaxıstana rekord turist axını: Azərbaycandan çoxlu sayda səfər edənlər var

Mərkəzi Bank daha bir neçə şirkətə lisenziya verib

İraqın nəqliyyat və yol infrastrukturu layihələrində Azərbaycan şirkətlərinin iştirakı müzakirə olunub

Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Musiqi Günü qeyd olunub

“Azərreyl” klubu italiyalı baş məşqçiyə həvalə olunub

ADU-da “Payızın ortası” adlanan Çin bayramı qeyd olunub

Antiterror tədbirləri: Ərazilərimizdə separatçılığın kökünü kəsən tarixi Zəfər

BDU-105: Prezident təqaüdçülərinin sayına görə ölkədə birinci yerdə olan Hüquq fakültəsi

Əmmanda İsrail-Fələstin qarşıdurmasının həlli yolları müzakirə olunacaq

İsmayıllıda jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə təlim keçirilir

“Zirə”nin legioneri: Çempion olsaq, azarkeşlərə sürpriz edəcəyəm - MÜSAHİBƏ

Aleksandar Vuçiç: Vatikanın Serbiyanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndiririk

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinkasının növbəti dayanacağı Qəbələ olub VİDEO

“AzerGold”un təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

Ankarada Şərqdə ilk qadın bəstəkar Şəfiqə Axundovanın xatirəsinə həsr olunmuş qala-konsert olacaq

“Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi üzrə üçüncü toplantı keçirilib

İranda ilk sünni siyasətçi vilayət rəhbəri təyin edilib

İrandan Türkiyəyə Azərbaycan ərazisindən psixotrop dərman aparılmasının qarşısı alınıb

Binəqədi rayonunda əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb

Səfir Kristofer Berroteran: Zəngin Azərbaycan ədəbiyyatının Venesuelada tanıdılmasına çalışacağıq

Prezidentin köməkçisi: Ermənistanın sülhlə bağlı təkliflərə 70 gün ərzində cavab verməsi suallar doğurur

Londonda klinika açan azərbaycanlı stomatoloq: Bəzən dişi min funt-sterlinqə çəkirik - MÜSAHİBƏ

Qazaxıstanda Türküstan şəhərinin xüsusi statusuna dair qanun layihəsi təqdim edilib

Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

® “Yango Azerbaijan” Bakıda sürətli çatdırılma üzrə “Market” xidmətini istifadəyə verib

BDU vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir

Stolüstü tennis üzrə Avropa miqyaslı yarışlardan biri Azərbaycanda keçirilə bilər

Qərbi Azərbaycanda törədilmiş soyqırımlarından bəhs edən kitabın təqdimatı olub

Milli Musiqi Gününün növbəti tədbiri Azərbaycan Milli Konservatoriyasında keçirilib

“Azərkosmos” Çin şirkəti ilə regionda rabitə xidmətlərinin əhatəsini genişləndirmək üçün əməkdaşlıq edəcək

"Roma"nın yeni baş məşqçisi bəlli olub

Meyvə ağaclarının bakterial yanığı xəstəliyinin qarşısını necə almaq olar?

Özbəkistanda Azərbaycan Milli Musiqisi Günü qeyd edilib VİDEO

“Kəpəz” “Portu”nun yetirməsini transfer edib

“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir

Qrip infeksiyası 5 yaşa qədər uşaqlarda fəsadlaşma yarada bilər

BMT: Gender zəminində maaş fərqi aradan qaldırılmalıdır

Süleyman Əhmədov küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Qərbi Azərbaycan İcması BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyasında təmsil olunur

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Fransa sülh və təhlükəsizliyə xələl gətirən siyasətindən imtina etməlidir - RƏY

“Çağdaş Azərbaycan hekayəsi” tatarca yayımlanıb

Abşeronda şirniyyat istehsalı müəssisəsində normativ tələblərin pozulduğu aşkarlanıb

Şeyxülislam XX Beynəlxalq Müsəlman Forumunda iştirak edəcək

Bakıdakı Rus evində Milli Musiqi Günü qeyd olunub

BMU-ya yüksək balla qəbul olan tələbə: Kimya mühəndisi kimi Vətənimə fayda vermək istəyirəm

İtaliya futbolunun əfsanəsi vəfat edib

Dilçilik İnstitutunda Qazaxıstan alimləri ilə görüş olub

Biləsuvarda baş verən qəzada 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Ətraf mühitə zərər verən subsidiyalar üzrə qlobal xərclər 2,6 trilyon dollara çatıb

Nikol Paşinyan Azərbaycandan qaz alınmasını istisna etmir