Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bundestaqın deputatı: Azərbaycan-Almaniya tərəfdaşlığı yeni institusional mexanizmlərlə güclənir

Bundestaqın deputatı: Azərbaycan-Almaniya tərəfdaşlığı yeni institusional mexanizmlərlə güclənir

Berlin, 24 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni siyasi və iqtisadi dinamikanın formalaşdığı bir dövrə təsadüf edir. Səfər çərçivəsində aparılan müzakirələr, imzalanan strateji sənədlər əməkdaşlığın enerji ilə yanaşı, investisiya, texnologiya və nəqliyyat sahələrində də genişləndirilməsinə zəmin yaradır.

Almaniya parlamentinin deputatı, Bundestaqın Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə parlamentlərarası dostluq qrupunun üzvü Macit Karaahmetoğlu AZƏRTAC-a müsahibəsində bu tarixi səfərin əhəmiyyətindən və Azərbaycan-Almaniya tərəfdaşlığının perspektivlərindən söz açıb.

- Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan-Almaniya əlaqələrində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu səfərin iki ölkə arasında siyasi əlaqələrin inkişafı və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya-Azərbaycan əlaqələrinin daha institusional və strateji əsasda inkişaf etdirilməsi baxımından mühüm dönüş nöqtəsidir. İmzalanan İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə təkcə bu gün üçün deyil, qarşıdakı illərlə bağlı da əməkdaşlığın çərçivəsini müəyyənləşdirməkdədir. Almaniya üçün Azərbaycan Almaniya üçün Azərbaycan Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşlardan biridir. Almaniya Federal Xarici İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,7 milyard avroya çatıb. Almaniyanın Azərbaycandan idxalının həcmi təxminən 1,1 milyard avro, ixracının səviyyəsi isə 620 milyon avro təşkil edib. Bu göstəricilər mövcud əməkdaşlığın güclü olduğunu, lakin potensialın hələ tam reallaşdırılmadığını nümayiş etdirir.

Sevindirici hal odur ki, münasibətlər artıq təkcə enerji sahəsi ilə məhdudlaşmır, sənaye, rəqəmsal transformasiya, nəqliyyat, elm, təhsil və yaşıl iqtisadiyyat kimi prioritet istiqamətləri də əhatə edir. Eyni zamanda, Almaniya üçün iqtisadi tərəfdaşlıq hüququn aliliyi, beynəlxalq hüquq və insan hüquqları prinsiplərinə alternativ deyil, onları tamamlayan amildir.

Mən də Almaniya Bundestaqında Cənubi Qafqaz üzrə parlament qrupunun Sosial Demokrat Partiyasının (SPD) sözçüsü kimi Azərbaycan ilə Almaniya arasında münasibətləri yaxından izləyirəm. Bu vəzifəm çərçivəsində daha əvvəl Azərbaycana etdiyim səfər sayəsində ölkəni yaxından tanımaq imkanım oldu. Həmin səfərin Azərbaycandakı prosesləri daha ətraflı dəyərləndirməyimə və aktual prosesləri daha aydın təhlil etməyimə mühüm töhfə verməsindən məmnunam.

- Səfər çərçivəsində Azərbaycan ilə Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə imzalandı və Almaniya-Azərbaycan Biznes Şurasının yaradılması qərara alındı. Bu addımları ikitərəfli münasibətlərin institusionallaşması və xüsusilə iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından necə dəyərləndirirsiniz? Bu mexanizmlər hansı konkret nəticələr verə bilər?

- Azərbaycan ilə Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin imzalanmasını və Almaniya-Azərbaycan Biznes Şurasının yaradılması barədə qərarı olduqca mühüm addım hesab edirəm. Çünki güclü iqtisadi əlaqələrin inkişafı üçün möhkəm institusional mexanizmlərə ehtiyac var.

İmzalanmış Bəyannamədə ticarət, investisiya, yaşıl enerji, hidrogen, nəqliyyat, logistika, rəqəmsallaşma, kənd təsərrüfatı, sənayenin modernləşdirilməsi və texnologiya transferi kimi geniş istiqamətlər üzrə əməkdaşlıq çərçivəsi müəyyənləşdirilib. Bu isə münasibətlərin təkcə təbii qaz ticarəti ilə məhdudlaşmayacağını açıq şəkildə göstərir.

Hazırda Azərbaycanda 200-dən çox Almaniya şirkəti fəaliyyət göstərir. Yaradılacaq Biznes Şurasının əsas vəzifələrindən biri bu rəqəmi artırmaq, xüsusilə kiçik və orta biznesin investisiya imkanlarının asanlaşdırılması, birgə istehsal layihələrinin dəstəklənməsi və alman texnologiyaları ilə Azərbaycanın inkişaf edən bazarının daha sıx əlaqələndirilməsi olacaq.

Təxminən 1,7 milyard avroluq ticarət dövriyyəsi mühüm başlanğıcdır. Lakin əsas uğur yeni investisiyaların cəlb olunması, əlavə iş yerlərinin yaradılması və birgə sənaye layihələrinin həyata keçirilməsi ilə ölçüləcək. Hesab edirəm ki, bu əməkdaşlıq mexanizmləri hər iki ölkə üçün faydalı olacaq, konkret və uzunmüddətli nəticələrin əldə edilməsinə mühüm töhfə verəcək.

- Hazırda Avropa enerji təhlükəsizliyi və təchizat zəncirlərinin şaxələndirilməsi baxımından mühüm mərhələdən keçir. Bu kontekstdə Almaniya Kansleri Fridrix Mertsin Azərbaycandan təbii qazın idxalının artırılmasına dair açıqlamasını necə dəyərləndirirsiniz? Həmçinin geosiyasi gərginliklərin artdığı bir dövrdə Azərbaycanın Orta Dəhliz və nəqliyyat-logistika bağlantıları vasitəsilə Avropa, xüsusilə də Almaniya üçün daşıdığı strateji əhəmiyyəti necə qiymətləndirirsiniz?

- Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın ən əsas hədəflərindən biri enerji mənbələrinin şaxələndirilməsi oldu. Bu baxımdan Almaniyanın Azərbaycan ilə enerji sahəsində əməkdaşlığı genişləndirməsini strateji baxımdan düzgün addım hesab edirəm.

Avropa Komissiyasının məlumatlarına görə, Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı son üç il ərzində 40 faizdən çox artıb. 2024-cü ildə Avropa İttifaqı ölkələrinə təxminən 13 milyard kubmetr təbii qaz tədarük olunub. Almaniyanın da 2026-cı ildən Azərbaycan qazı almağa başlaması Avropanın enerji təchizatının şaxələndirilməsi siyasətinin mühüm hissəsidir.

Azərbaycanın əhəmiyyəti təkcə enerji ilə məhdudlaşmır. Orta Dəhliz Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən ən mühüm alternativ ticarət marşrutlarından birinə çevrilməkdədir. Dünya Bankının qiymətləndirmələrinə görə, zəruri investisiyaların həyata keçirildiyi təqdirdə, bu dəhliz üzrə ticarət həcmi 2030-cu ilədək üç dəfə arta bilər. Bu dəhliz Almaniya üçün təkcə logistika xətti deyil, sənayemizin ehtiyac duyduğu kritik xammal, məhsul və təchizat zəncirlərinin təhlükəsizliyi baxımından da strateji əhəmiyyət daşıyır. Avropanın iqtisadi dayanıqlılığı artıq yalnız istehsal gücü ilə deyil, etibarlı nəqliyyat və enerji şəbəkələri qura bilməsi ilə də ölçüləcək.

Fikrimcə, Almaniya ilə Azərbaycan arasında əməkdaşlıq daha da gücləndirilməlidir. Lakin bu inkişaf hüququn aliliyi, davamlılıq, qarşılıqlı etimad və beynəlxalq hüquq prinsipləri əsasında həyata keçirildiyi halda həm iki ölkə, həm də bütövlükdə Avropa üçün əsl strateji üstünlüyə çevriləcək.

Buna görə də düzgün diplomatik münasibətlər və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq sayəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyi, ticarət marşrutları və regional sabitliyi baxımından strateji əhəmiyyətinin qarşıdakı illərdə daha da artacağına inanıram.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb