Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub
Bakı, 22 mart, AZƏRTAC
Cənubi Koreyanın Ulsan şəhəri və ətrafındakı meşə yanğınları ilə mübarizə aparan iki yanğınsöndürən həlak olub.
AZƏRTAC xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, güclü küləyin təsirli olduğu ölkənin Ulsan şəhərində yerli vaxtla saat 15:26-da şiddətli tufan yaşanıb və meşə yanğın baş verdi. Güclü külək nəticəsində sürətlənən yanğında iki yanğınsöndürən həlak olub.
Səlahiyyətlilər, sözügedən yanğınsöndürənlərin şəxsiyyətinin hələ müəyyən edilmədiyini və ölüm səbəblərinin araşdırılacağını bildiriblər.
Təxminən 290 hektara yaxın ərazini əhatə edən yanğının 60 faizinin nəzarət altına alındığını vurğulayan səlahiyyətlilər, yanğından zərər çəkən yüzlərlə insanın təhlükəsiz ərazilərə təxliyə edildiyini qeyd ediblər.
Qeyd olunur ki, Cənubi Koreya hökuməti Ulsan şəhərində və cənub-şərq bölgələrində meşə yanğınları ilə əlaqədar milli fəlakət elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]