Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Qafqaz və Mərkəzi Asiya: "Stratfor"un risklərlə dolu proqnozları

Cənubi Qafqaz və Mərkəzi Asiya: "Stratfor"un risklərlə dolu proqnozları

Amerikanın "Stratfor" qlobal strateji təhlil mərkəzi 2019-cu il üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı proqnozlar verib. Onlara nəzər saldıqda, bir sıra düşündürücü məqamları görmək mümkün olur. Hər şeydən öncə, aydın olur ki, bu iki regionda cərəyan edən geosiyasi proseslər bir-biri ilə əlaqədə götürülür. Ekspertlər hesab edirlər ki, hər iki region üçün 2019-cu il geosiyasi aspektdə mürəkkəb il olacaq. Burada qeyri-müəyyənliklər və risklər özünü göstərəcək. Dünyanın böyük gücləri olan ABŞ, Rusiya və Çinin həmin regionlar uğrunda mübarizəsi daha da intensivləşəcək. Proqnozlara görə, bu mübarizə Əfqanıstandan başlayaraq geniş məkanda terror və narkoticarəti canlandıra bilər. Bundan sadə insanlar daha çox ziyan görəcəklər. Eyni zamanda, böyük güclərin antiterror əməliyyatları adı altında müxtəlif fəaliyyətləri ola bilər. Bununla da Yaxın Şərqlə yanaşı, başqa bir məkanda da silahlı qarşıdurmalar özünü göstərər. "Stratfor"un proqnozları kontekstində yuxarıda vurğulanan məqamların geosiyasi analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

Cənubi Qafqaz: geosiyasi mənzərə qarışır

ABŞ-ın tanınmış beyin mərkəzlərindən olan "Stratfor"un 2019-cu il proqnozları içərisində Qafqaz və Mərkəzi Asiya ayrıca yer tutur. Hesab olunur ki, bu il həmin regionlar geosiyasi proseslərin ən intensiv özünü göstərəcəyi məkanlardan biri olacaq. Proqnozlarda bu regionlar qarşılıqlı əlaqədə təqdim olunur. Ümumi məntiq ondan ibarətdir ki, Cənubi Qafqazla eyni səviyyədə Amerika ilə Rusiya arasında geosiyasi savaş Mərkəzi Asiyada baş verəcək. Bu prosesə Çin də ciddi surətdə qarışacaq (bax: 2019 Annual Forecast / worldview.stratfor.com, 3 dekabr 2018)

"Stratfor" Cənubi Qafqazı tamamilə ABŞ və Rusiyanın nüfuz uğrunda mübarizə məkanı kimi təqdim etməyə çalışır. Yəni burada region dövlətlərinin öz maraqlarının aparıcı rol oynayacağı tezisi qəbul edilmir. Bütün proseslərə Amerika, yaxud Rusiyanın üstünlüyü müstəvisində baxılır. Bu, özlüyündə mənfi haldır, ancaq reallıqdırsa, hadisələrə də həmin prizmadan baxmaq lazım gəlir.

Öncə belə çıxır ki, Vaşinqtonla Moskva Cənubi Qafqazda ən yaxın müttəfiqlərini müəyyənləşdirməyə çalışacaqlar. Maraqlıdır ki, məhz bu bənd onların ən sərt toqquşma yeri ola bilər. Çünki "Stratfor"a inansaq, hər iki böyük güc Ermənistanı yaxın müttəfiq kimi seçmək niyyətindədir. Daha doğrusu, Rusiya artıq orada tam hakimdir və ABŞ başlıca olaraq oranı Rusiyanın əlindən almağa çalışacaq (bax: əvvəlki mənbəyə). Bunun müxtəlif səbəbləri qeyd edilir. Ancaq əsas odur ki, Cənubi Qafqazda dəqiq mövqeyi olmayan və daim havadar axtaran ölkə məhz Ermənistandır. Konkret desək, Vaşinqton Ermənistanın bu zəifliyindən istifadə edərək regionda özünün maraqları uğrunda daha sərt mübarizə aparmaq niyyətindədir.

Vaşinqtonun planlarında Ermənistana ayrıca yer verilməsi həm də İran probleminə görədir. Belə ki, Amerika İrana qarşı daha sərt mövqe tutmaq niyyətindədir. Cənubi Qafqazda isə daha çox Ermənistan İrana ümid edir. Əgər Amerika Ermənistana müəyyən yardımlar etməsə, İrəvan İranla əlaqələri dərinləşdirmək üçün bəhanə əldə edər. Yəni ABŞ Ermənistana diqqəti artırmaqla həm də onun İranla olan münasibətlərində uçurum yaradır. Zəif və asılı Ermənistan buna asanlıqla getməkdədir.

Əgər Amerika Ermənistanı Rusiyanın təsiri altından çıxara və ya Moskvanın mövqeyini xeyli zəiflədə bilsə, onda Cənubi Qafqazda vəziyyəti tarazlıqdan çıxarmağa daha şanslı olur. Çünki Gürcüstan öncədən Qərbi seçib və orada hər hansı işlər görməyə ehtiyac yoxdur. Azərbaycan isə müstəqil siyasət yeridən ölkə kimi kimsəyə boyun əymir. Bu səbəbdən ancaq Ermənistan marionet rolunu oynaya bilər.

Görünür, "Stratfor"un analitikləri bütün bunları nəzərə alaraq, 2019-cu ildə Rusiya ilə Amerika arasında Cənubi Qafqazda forpost uğrunda daha amansız mübarizə apara bilərlər. Lakin burada bir geosiyasi məqam meydana gəlməkdədir. Məsələ ondan ibarətdir ki, Amerika Suriyadan hərbi kontingentini çıxarmaqla bağlı qərar verib və bu, Moskvanın əlini Yaxın Şərqdə xeyli gücləndirib. Bütövlükdə Moskva ilə getdikcə daha çox sayda dövlətlər geosiyasi əməkdaşlıq etməyə başlayıblar. Bu da ABŞ-ın Ermənistan uğrunda mübarizədə uğur qazanmaq şansını minimuma endirir.

Əfqanıstan faktoru: Mərkəzi Asiya üçün iki təhlükə

Digər tərəfdən, ABŞ-ın özünün Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya və Uzaq Şərq məkanında fəaliyyət üsulunu yeniləşdirmək qərarına gəlməsi yeni mənzərəni ortaya qoyur. İndi Vaşinqtonun Suriya, İraq və Əfqanıstanda necə davranacağı məlum deyil. Belə ki, D.Tramp Suriyadan çıxmağa tələsmədiklərini artıq ifadə edib, İraqa səfəri zamanı buradan hərbi gücü çəkməyəcəklərini bəyan edib və Əfqanıstanda da hərbi mövcudluğu davam etdirəcəklərini bəyanlayıb. Onda Amerika haradan və nə miqdarda hərbi güc çəkir? Belə çıxır ki, mahiyyətcə heç yerdən çəkilmə yoxdur, sadəcə qüvvələrin konfiqurasiyası yeniləşdirilir. Bəlkə də D.Trampın Suriya ilə bağlı dedikləri kontekstində "yenidən siyasi şəkillənmə zamanı" ifadəsi həmin məqama aiddir.

Bunlardan belə qənaətə gəlmək olar ki, "Stratfor" Cənubi Qafqaz ilə Mərkəzi Asiyanı və Əfqanıstanı bir-biri ilə sıx bağlı götürməkdə səhv etməyib. Mərkəzi Asiyada analitik mərkəzin proqnozuna görə, Amerika iqtisadi və hərbi cəhətdən Qazaxıstanla Özbəkistana daha çox diqqət yetirəcək. "Stratfor" yazır: "Vaşinqton bütün Mərkəzi Asiya ilə, öncəliklə Qazaxıstan və Özbəkistanla iqtisadi əlaqələrin yaxşılaşmasına can atacaq" (bax: əvvəlki mənbəyə). Bunun fonunda Amerika Mərkəzi Asiyaya Əfqanıstanda cərəyan edən proseslərlə eyni məntiqdə yanaşmağı planlaşdırır (təbii ki, "Stratfor"a görə). Bu da pərdəarxası bir sıra məqamlara əlavə diqqət yetirməyi tələb edir.

İlk növbədə, belə təxmin edilir ki, terrorçular Əfqanıstana daha çox üz tuta bilərlər. Oradan Çin və Rusiya istiqamətində hərəkət etmək imkanları çoxdur. Rusiya Federal Təhlükəsizlik Xidməti bu barədə bir neçə dəfə informasiya yayıb. ABŞ-ın Suriyadan çəkilməsi ilə terrorçuların başqa məkanlara keçməsi arasında bir əlaqənin olduğunu düşünənlər də vardır.

Digər tərəfdən, Əfqanıstandan narkoticarət yolları dünyanın hər tərəfinə yayılır. Son zamanlar Mərkəzi Asiya ölkələri üçün bu, daha ciddi problemə çevrilib. İndi ekspertlər ehtiyat edirlər ki, ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin yeni komandanı Skott Miller öz sərt və güzəştsiz mövqeyi ilə vəziyyəti daha da gərginləşdirə bilər. Məsələ ondan ibarətdir ki, S.Miller terrora qarşı təxribatçı əməliyyatları ilə məşhurdur. Burada bir sıra hallarda məqsəd terror qruplarını maliyyə ilə təmin etməkdən ibarət olur. Yəni əməliyyat sözdə narkoticarətə qarşı aparılır, reallıqda isə gəlirlər terror qruplarına yönəldilir.

Bunu Moskvada və Pekində yaxşı anlayırlar. Deməli, Rusiya və Çin də Əfqanıstanda antiterror əməliyyatları apara bilərlər. Bu isə o deməkdir ki, geniş bir geosiyasi məkanda ABŞ, Rusiya və Çinin toqquşduğu və sözdə "antiterror əməliyyatları" adlanan gərginlik meydanı yarana bilər. Ekspertlər bunun acı nəticələr verə biləcəyini istisna etmirlər.

Dolayısı ilə Mərkəzi Asiyada ABŞ-la Çin arasında geosiyasi savaşın artacağını gözləmək olar. Əslində, "Stratfor"un proqnozlarına görə, bu proses bütün dünyada intensivləşəcək. Müxtəlif regionlarda Amerika-Çin qarşıdurması öz təsirini göstərəcək. 2019-cu ilin ilk günlərində bunun əlamətlərindən biri özünü büruzə verdi. Çinli general xəbərdar etdi ki, Pekin Cənubi Çin dənizində Amerikanın iki hərbi gəmisini batıra bilər. Bu isə 10 min ABŞ əsgərinin həlak olması deməkdir. Təbii ki, xeyli təhlükəli fikirdir və birbaşa Vaşinqtonu qıcıqlandırır. Bu kimi qarşılıqlı təhdidlərin davam etdiyi halda ciddi problemlərin yaranma ehtimalı yüksəkdir.

Yuxarıda vurğulanan məqamlardan belə görünür ki, "Stratfor" 2019-cu ildə Cənubi Qafqaz və Mərkəzi Asiyada geosiyasi qeyri-müəyyənliyin artmasını proqnozlaşdırır. Bu, bir tərəfdən Amerikanın dünya liderliyi iddiasını davam etdirməsi, digər tərəfdən isə böyük bir geosiyasi məkanda ABŞ-Rusiya və ABŞ-Çin qarşıdurmasının yüksəlməsi ilə şərtlənir. Ümumilikdə mürəkkəb və riskli geosiyasi mənzərə meydana gəlir ki, burada da sabitliyə nail olmaq çətin iş ola bilər.

Bunlarla yanaşı, "Stratfor" faktiki olaraq Vaşinqtonun ata biləcəyi addımlardan bəhs edir. Onlar kifayət qədər təhlükəli görünür. Deməli, 2019-cu ildə dünya üzrə geosiyasi dinamikanın sabitlik yarada biləcəyi barədə danışmaq reallığa uyğun gəlmir. Burada hansı qüvvənin üstün gəlməsindən asılı olmayaraq, son nöqtə qoyulmur. Bu baxımdan 2019-cu il müəyyən geosiyasi proseslərin sonudursa da, bütövlükdə digər riskli və qeyri-müəyyən aktorların da başlanğıcı ola bilər. Konkret desək, Amerika Rusiya sərhədinə təhlükələri yaxınlaşdırmağa çalışdığı kimi, Moskva da onu əks tərəfə ötürməyə cəhd edəcək. Bu qarışıqlıqda isə zərər görən region xalqları və bütövlükdə təhlükəsizlik sistemi olacaq.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH