“DAHİ PREZİDENTİN XATİRƏSİNƏ ƏLƏMLİ MUSİQİ”
Əsər böyük insan, xalqımızın ümummilli lideri, Prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur. Orqan və skripka üçün yazılmış əsər iki hissədən ibarətdir -“Dualar-improvizasiyalar” və “Matəm ariyaları”.
Arif Mirzəyev Azərbaycan xalqının əvəzsiz itkisi ilə əlaqədar yeni xatirə konserti layihəsini hazırlayır. Bəstəkar bununla dünya siyasətinin liderlərindən olan Prezident Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə öz töhfəsini vermək istəyir.
Azərbaycan bəstəkarı iki il ərzində Almaniya, Avstriya, İsveçrə, Belçika, Hollandiya və Fransanın ən iri kilsələrində silsilə solo orqan konsertləri vermək niyyətindədir. Arif Mirzəyevin konsert proqramlarına onun öz ifasında “İ.S.Baxın xatirəsinə orqan simfoniyası”, habelə Baxın orqan əsərləri və “Dahi Prezidentin xatirəsinə ələmli musiqi” əsəri daxildir.
Bəstəkar yeni əsərini dahi Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Bakıda keçiriləcək xatirə konsertində də ifa etmək fikrindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:17]
Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə
- 01.10.2026 [12:20]
Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO
- 01.10.2026 [00:07]
“Dədə Ələsgər Ocağı”nın yeni ofisi açılıb, 5 illik hesabatı təqdim olunub
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]