DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Bakı, 22 noyabr, AZƏRTAC
Ötən gün ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 228, o cümlədən borclu şəxs qismində axtarışda olan 190 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 23 nəfər isə istintaqa təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə ümumi çəkisi 10 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 11 qumbara, 5 alışdırıcı, 6 tüfəng, 6 patron darağı və müxtəlif çaplı 794 ədəd patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:16]
Sosial xidmətə cəlb edilən uşaqlar üçün ekskursiya təşkil edilib
- 10.08.2026 [13:04]
Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib
- 10.08.2026 [12:56]
Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
- 10.08.2026 [12:39]
Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb
- 10.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 10.08.2026 [11:07]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]