Əbu-Dabi Milli Neft Şirkətinin nümayəndələri Səngəçal terminalında olublar
Bakı, 8 sentyabr, AZƏRTAC
Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) bir qrup yüksək səviyyəli nümayəndəsi Səngəçal terminalına səfər edib.
BP-dən AZƏRTAC-a bildirilib ki, qonaqlar əməliyyat sahəsinə, Xəzər Enerji Mərkəzinə, “Şahdəniz” və “Azəri Mərkəzi Şərqi” (ACE) platformalarının birgə idarəetmə otağına baş çəkiblər. Həmçinin BP əməkdaşları tərəfindən onlara terminalın Azərbaycanın enerji layihələrinin icrasındakı əhəmiyyəti, BP-nin operatoru olduğu layihələrin hazırkı vəziyyəti və əməliyyatlarda müasir texnologiyaların tətbiqi haqqında məlumat verilib.