EIA OPEC ölkələrinin gələn il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu artırıb
Bakı, 13 iyul, AZƏRTAC
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələrinin 2024-cü il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu açıqlayıb.
AZƏRTAC EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 28,49 milyon barel olacağı proqnozlaşdırılır, bu da öncəki proqnozdan 0,11 milyon barel çoxdur.
Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,02 milyon barel olacaq. Bu rəqəm əvvəlki proqnoz göstəricisindən 0,08 milyon barel azdır.
Bildirilib ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,67 milyon olub.
Xatırladaq ki, 2021-ci ildə OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,28 milyon barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 milyon barelə bərabər olub, 2019-cu ildə isə 29,27 milyon barel təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]