İQTİSADİYYAT
Energetika naziri İkinci Antalya Diplomatiya Forumunda iştirak edəcək
Bakı, 10 mart, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edib. Nazir martın 11-dən 13-dək Antalya şəhərində “Diplomatiyanın Yenidən Qurulması” mövzusunda keçiriləcək İkinci Antalya Diplomatiya Forumunda (ADF) iştirak edəcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir forum çərçivəsində “Enerji təhlükəsizliyində qarışıqlıq” panelində müzakirələrə qatılacaq.
Xatırladaq ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomatiya Forumu dünyanın bir çox ölkəsindən dövlət və hökumət başçıları, nazirlər, tanınmış dövlət və siyasi xadimləri, nüfuzlu siyasətçilər, elm, fikir və iş adamları və media nümayəndələrini bir araya gətirən və dialoqu təşviq edən platformadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]