Energetika naziri Pərviz Şahbazov Münhen Təhlükəsizlik Konfransında iştirak edib
Bakı, 19 fevral, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov 58-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, konfrans çərçivəsində nazir Pərviz Şahbazov Qafqaz dövlətləri, ATƏT və Avropa ölkələri nümayəndələrinin iştirakı ilə keçirilən “Qafqaz üçün yeni regional perspektivlər - Ümumi problemlər, ümumi həllər?” mövzusunda müzakirələrə qatılıb. Qafqazda davamlı sosial-iqtisadi inkişaf üçün yollar, iqlim dəyişikliyi və ekoloji təhlükəsizlik problemlərinin həll vasitələri, regional əməkdaşlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb. Energetika naziri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində digər sessiyalarda da iştirak edib.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik siyasətinə dair müzakirələrin aparılması üçün dünyanın aparıcı forumlarından biridir. Ənənəvi olaraq hər il keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri təmsil olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]