İQTİSADİYYAT
Energetika naziri vətəndaşlarla görüşüb
Bakı, 9 sentyabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov aidiyyəti struktur bölmələrin nümayəndələrinin iştirakı ilə nazirlikdə vətəndaşları qəbul edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların elektrik enerjisi təchizatı, işlə təminat və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Qəbulda Bakı və Sumqayıt şəhərlərindən olan vətəndaşların müraciətinə baxılıb.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2022-ci il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin saytında yerləşdirilib. Eyni zamanda, vətəndaşlar müraciətlərini (012) 974 nömrəli Çağrı mərkəzi, 598-16-55 “Qaynar xətt”i, [email protected] elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə də Nazirliyə ünvanlaya bilərlər.