ERMƏNİ XİSLƏTİ, İNSANLIQ DRAMI
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də Azərbaycan Dövlət İqtisad Universitetində 1918-ci il mart soyqırımının 92-ci ildönümünə həsr olunmuş “Erməni xisləti, insanlıq dramı” adlı ədəbi-bədii gecə keçirilmişdir.
Universitetin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev zaman-zaman türk qanına susayan ermənilərin ötən əsrin əvvəllərində törətdikləri, tarixdə bənzəri olmayan vəhşiliklərdən danışmış, daim mənfur siyasət yürüdən erməni partiyalarının türk dövlətlərini daxilən parçalamaq məqsədi ilə yaradıldığını diqqətə çatdırmışdır.
Ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayan rektor tələbə gəncləri bu işdə fəal olmağa çağırmışdır.
Tarix elmləri doktoru, professor Hidayət Cəfərov bildirmişdir ki, bütövlükdə Azərbaycanı ələ keçirməyi planlaşdıran erməni millətçiləri mənfur niyyətlərini bolşevizm bayrağı altında həyata keçirməyə çalışmış, Bakıda və yerlərdə qanlı qırğınlar törətmişlər.
Sonda tələbələr faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərmişlər.
Tədbir çərçivəsində 31 Mart, 20 Yanvar, Xocalı faciələrini, Qubadakı kütləvi məzarlığı əks etdirən videogörüntülər nümayiş etdirilmiş, fotosərgi təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]