Ermənilərin törətdikləri Xocalı soyqırımı insanlığa qarşı ən dəhşətli cinayətdir
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Kollecində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Soyqırımı və terrora yox deyək” adlı tədbir keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb.
Kollecdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu təhsil müəssisəsinin direktoru Qulu Novruzov qəsbkar ermənilərin işğalçılıq siyasəti apardıqlarını diqqətə çatdırıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri qırğınlardan bəhs edən direktor bildirib ki, bu qanlı hadisə heç zaman qan yaddaşımızdan silinməyəcək. Düşmənin törətdiyi Xocalı soyqırımı insanlığa qarşı ən dəhşətli cinayətdir.
Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Söhrab Cəfərov və digər çıxış edənlər də ermənilərin vəhşiliklərindən bəhs edib, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyini vurğulayıblar.
Tədbirdə “Xocalı qətliamı” sənədli filmi nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]