Fransa – Azərbaycan oyununu norveçli hakimlər briqadası idarə edəcək
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Parisdə Fransa yığması ilə keçirəcəyi oyununun hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Park de Prens” stadionunda təşkil olunacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Rohit Saqqiyə laysmanlar Yorgen Ronninq Valstadsve və Ole Andreas Haukasen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək.
VAR hakimi Tom Harald Hagen, onun köməkçisi isə Siqurd Krinqstad olacaq.
Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Fransa – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]